Nəqliyyat
31.05.2021 / 13:24
Yeni xətlərdə qatarların hərəkəti radiodalğalarla idarə olunacaq
13043
Bakı metropoliteninin yeni xətlərində qatarların hərəkəti radiodalğalarla idarə olunacaq.
Valyuta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, söhbət ox sayğacların istifadəsindən gedir ki, onların tətbiqi "Nərimanov" deposunda yekunlaşmaq üzrədir.
B. Məmmədov qeyd edib ki, yeni xətlərdə qatarların radiodalğalarla idarə edilməsi üçün CBTC sistemi tətbiq olunacaq:
“Hazırda depo şəraitində yerinə yetirilən işlər məhz həmin prosesə keçidin birinci mərhələsindəyik. "Nərimanov" deposunda bu işlər yekunlaşdıqdan sonra, artıq metronun xətlərində davam etdiriləcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay