Nəqliyyat
28.05.2021 / 14:32
Metroda qiymət artımı ilə bağlı yayılan xəbərlər doğrudurmu? - RƏSMİ AÇIQLAMA
12970
Bakı metropolitenində qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qiymət artımı ilə bağlı səlahiyyət təmsil etdiyi qurumda deyil:
"Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymətlə olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay