Metronun açılması tıxacların azalmasına səbəb ola bilər? - AÇIQLAMA
Bakı Metropolitenində sərnişindaşımanın bərpa olunması paytaxtda nəqliyyatda sıxlığın azalmasına müəyyən dərəcədə öz təsirini göstərəcək.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, ilk növbədə metro stansiyalarının olduğu istiqamətlərdə sərnişin axını tənzimlənəcək:
“Metronu əvəzləyən avtobuslar əvvəlki marşrutlarına qayıdacaqlar və marşrut xəttlərində vəziyyət yüngülləşəcək. Ancaq nəzərə almalıyıq ki, karantinlə bağlı bir sıra digər məhdudiyyətlər də yumşaldılır. Tədris bərpa olunur, dini ibadət yerləri, idman zalları açılır. Bütün bunlar o deməkdir ki, insanların aktivliyi də artacaq. Ona görə də metronun açılmasının tıxacları aradan qaldıracağını demək olmaz. Sadəcə müəyyən dərəcədə vəziyyət yaxşılaşacaq”.
Onun sözlərinə görə, taksidən, fərdi avtomobillərdən istifadə edənlərin sayı müəyyən dərəcədə azalacaq:
“Bunun nəticəsində bəzi istiqamətlərdə nəqliyyat sıxlığının bir az azalması gözləniləndir, amma bütövlükdə Bakını tıxaclardan azad etməyəcək. Pandemiyadan əvvəlki dövrlərdəki tıxaclar yenə də olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay