26.05.2021 / 13:41
Azərbaycan ərazisindən tranzit daşımaları kəskin artıb
12827
Bu ilin yanvar-aprel aylarında Azərbaycan ərazisindən tranzit rejimdə konteyner daşımaları 2020-ci ilin müvafiq dövrünə nisbətən 49% artıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Valyuta.az-a bidirilib ki, artım əsasən Çinin idxal və ixrac əməliyyatlarının payına düşür.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,3 min TEU (İyirmi futluq ekvivalent) həcminə çatıb.
Məlumata görə, 2019-cu ildə istifadəyə verilmiş Aktau limanı – Bakı (Ələt) limanı – Bakı limanı marşrutu üzrə fider xətti müntəzəm inkişaf etdirilir.
2021-ci ilin yanvar-aprel ayları ərzində 5 mindən çox TEU nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay