BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
12696

“Təkcə Zəngəzur dəhlizinin əhəmiyyətinə nəzər salmaq kifayət edir ki, bölgənin, ümumiyyətlə, regionun gələcək inkişaf perspektivlərini görək. Bu layihə iqtisadçıların hesablamalarına görə, 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik türkdilli ölkələri birləşdirəcək”. 

Valyuta.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Həmçinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasına xidmət edəcəyini deyən S.Mehbalıyev qeyd edib ki, bu da Azərbaycanın region üçün nə qədər vacib ölkə olduğunu əyani sübutudur: 

“Ermənistan isə bu layihəyə qarşı çıxmaqla region üçün təhlükəli mövqeyini bir daha ortaya qoyur, baxmayaraq ki, dəhlizin açılması bu dövlətin də inkişafına şərait yarada bilər. Prezident dəhlizin Ermənistanın pozucu etirazına baxmayaraq, mütləq reallaşacağını dəfələrlə bəyan edib. Dövlət başçımızın təşəbbüsü ilə reallaşdırılan layihələrdən Ermənistanı havadarlarının təzyiqlərinə baxmayaraq, kənarda saxlamaq, təcrid etmək böyük siyasi cəsarət tələb edirdi”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirakı xüsusi qeyd olunduğunu deyən deputat qeyd edib ki, ötən il Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ilə Azərbaycan qazının Avropaya nəqli başladı. 

Onun sözlərinə görə, bu da ölkəmizin region və dünya üçün böyük əhəmiyyətini ortaya qoyur və birgə əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir: 

“Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan tərəfindən fəal dəstəklənməsi ölkəmizin, Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malik olmasından xəbər verir. Həmçinin ölkəmiz geniş infrastruktur imkanları, zəngin neft-qaz yataqlarının mövcud olması ilə əlaqədar “İpək Yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur. Bu, sənaye istehsalı sahəsində, neft və qaz sektorunda, yüksək texnologiyaların inkişafında, infrastruktur və digər sahələrdə Azərbaycan-Çin əməkdaşlığını daha da genişləndirməyə imkan yaradır ki, bu da ölkəmizi Çinin mühüm strateji tərəfdaşına çevrir”.

S.Möhbalıyev əlavə edib ki, ölkəmizin iqtisadi gücü imkan verir ki, daha iri layihələri həyata keçirək və bu da regional əməkdaşlığı zəruri edir: 

“Bu gün enerji və nəqliyyat layihələri Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin tərəfdaşları qarşısında mövqeyini artırıb, yeni layihələrin hazırlanması və icrasına investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Cənubi Qafqazda həyata keçirilmiş layihələrin kökündə bizim birgə səylərimiz durur”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə qapılarını müvəqqəti olaraq turistlər üçün bağlayacaq - Yalnız 80 könüllü qəbul ediləcək

"TACCO" MMC-yə xəta protokolu

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin