Nəqliyyat
21.05.2021 / 08:57
Azad edilmiş ərazilərdə nəqliyyatın inkişafı bölgəyə fayda gətirəcək - ABŞ-ın keçmiş səfiri
12528
Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun bərpası bütün bölgənin inkişafına faydalı təsir göstərəcək.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
10 noyabr 2020-ci il tarixində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı bəyanatı şərh edən keçmiş səfir, Azərbaycanın azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun inkişafının bütün bölgəyə fayda gətirəcəyini qeyd edib.
O deyib: "Azad edilmiş torpaqlarda nəqliyyat əlaqələrinin inkişafı həm də Türkiyə, Qazaxıstan, Özbəkistanın xeyrinə xidmət edəcək".
Bundan əlavə, Robert Sekuta bu həftə sonu Ağdamı ziyarət edəcəyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay