Nəqliyyat
18.05.2021 / 11:27
Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib
12338
Mayın 15-də açılışı olmuş Bakı-Qəbələ dəmir yolu xətti üçün gediş haqqının məbləği koronavirus (COVID-19) pandemiyası başa çatanda və qatarla sərnişin daşımalarına başlanılanda məlum olacaq.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibi Natəvan Bayramova bildirib.
“Bildiyiniz ki, qatar pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Çünki ölkədə regional və beynəlxalq sərnişindaşıma dayandırılıb. Odur ki, Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib. Pandemiya bitəndən sonra bu barədə həm internet səhifəmizdə, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik", - o deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay