Bakıda velosiped yolunun uzunluğu 250 kilometrə çatdırılacaq
“Bakı şəhərində velosiped zolaqlarının inkişafı konsepsiyası həm Bakının Baş Planında, eyni zamanda da BNA-nın strateji inkişaf planında öz əksini tapıb”.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsinə dair tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, velosiped sahələri artıq bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir:
“Velosipeddən istifadə bütün dünyada getdikcə daha da genişlənir. Bakı şəhərində də velosiped nəqliyyatının inkişaf etdirilməsi, insanların bu nəqliyyat növündən istifadəsinin təşviq edilməsi məqsəd qoyulub. Ümumi strateji plana görə, velosiped yollarının uzunluğu şəhərin bulvar ərazisində 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-ə qədər təşkil edəcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay