BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
11932

Son günlər dünya avtomobil bazarında qiymətlərin artımı müşahidə olunur. Məsələn, qonşu Rusiyada bu ay 27 avtomobil istehsalçısı qiymətləri qaldırıb. “Chevrolet” qiymətlərini 1,5-5,1 %, KIA – 0,5-2,2 %, “Peugeot” – 1,8-2 %, UAZ isə 0,9-1,5 % artırıb. Ən çox bahalaşma Yaponiyanın “Honda” markasında qeydə alınıb –2,9 %-dən 3,3 %-dək. “Suzuki” isə qiymətləri 2,6-5,6 % qaldırıb.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Çin istehsallı avtomobillər arasında ən çox bahalaşan “Geely” modelləri olub (0,8-6,3 % və ya 15 min rubldan 150 min rubla qədər). “Lada Vesta” 2-2,4 %, “Lada X-Ray” isə 0,5-2,8 %, “Hyundai Solaris” 1,6-2,4 %, “Citroen C4” isə 1,5-3,3 % bahalaşıb.

Son iki həftə ərzində “Mazda” avtomobillərinin qiymətində orta hesabla 0,8-1,2 %, “Mitsubishi”nin qiymətində 0,9-2,9 %, “Nissan” modellərinin qiymətində 1-2,4%, “Subaru”nun qiymətində isə 1,1-2,1 % artım olub. 14 gün ərzində "premium" seqmentdə “Lexus”, “Genesis” və “Porsche” markalarının qiymətlərində də əhəmiyyətli artım qeydə alınıb.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov verdiyi açıqlamada, ilk öncə dünya avtomobil bazarında baş verən qiymət artımının səbəblərinə aydınlıq gətirib:

“Hazırda avtomobillərin qiymətinin artması tək Rusiyada deyil, bütün dünyada yaşanır. Ümumilikdə dünyada pandemiya dövründə logistika qiymətləri 2-4 % yüksəlib. Ötən il belə bir proqnoz verirdik ki, gələn il logistika qiymətlərinin qalxması səbəbindən avtomobilərin qiymətində də təxminən 2-4 % arası artım ola bilər. Hətta Yaponiyadakı bir çox zavodlarda konstruksiya işləri getdiyinə görə 2021-ci ildə dünyada yapon avtomobillərinin qıtlığının yarana biləcəyini də gözləyirdik. Həqiqətən də belə oldu. Rusiyaya da idxal olunan avtomobillərin qiymətinin artması sırf logistika qiymətlərinin artması ilə bağlıdır. Bu dünyada baş verən br prosesdir. Bütün dünyada logistika qiymətlərinin qalxması avtomobillərin də qiymətinə təsir edir”.

Ekspert Rusiya bazarında baş verən bahalaşmanın Azərbaycan avtomobil bazarına təsirlərindən danışıb:

“Azərbaycan avtomobil bazarının Rusiya bazarına heç bir bağlılığı yoxdur. Əvvəllər belə bir bağlılıq var idisə, artıq möcvud deyil. Rusiya bazarı avtomobil seqmentində tam ayrı bir spesifikasiyadadır. Azərbaycan isə Avropa spesifikasiyasına aiddir. Azərbaycanda rəsmi dilerlər Avropada da çalışırlar. Azərbaycan özünün qiymət siyasətini yerli istehlakçıların hüquqlarının müdafiəsinə aid qanunlarla tənzimləyir. Eyni zamanda Azərbaycanda qiymət siyasəti Avropadakı qiymət siyasəti ilə eyniləşdirilir. Rusiya ilə bunun heç bir əlaqəsi yoxdur. Sadəcə Azərbaycana Rusiya istehsallı avtomobillər idxal olunur”.

“Onsuzda dünyada logistika qiymətlərinin yüksək olmasına görə Azərbaycanda da avtomobillərin qiyməti 2-4 % artıb. Bunun baş verəcəyini əvvəllər qeyd etmişdik. Əlavə olaraq ikinci əl avtomobillərin də qiymətində 5 % yüksəlmə olacağını proqnoz edirdik ki, hazırda bunun da şahidiyik”, - deyə E.Cəfərov əlavə edib.

Azərbaycanda avtomobil istehsalının təşkili ilə məşğul olan “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov rəhbərlik etdiyi qurumun hələ ki, qiymət artımına getmədiyini qeyd edib:

“Partnyorlarımız qiymətləri qaldırmaq istəyirlər. Lakin biz buna razı olmuruq. Dünya avtomobil istehsalçılarının dövriyyələri tam olaraq əvvəlki vəziyyətə qayıtsa, ayrı-ayrı bazarlarda yaşanan bu qiymət artımı məsələsi də ötüb keçəcək. İndiki halda istehsalçıların dövriyyələri tam bərpa olunmadığına görə müxtəlif ölkələrin avtomobil bazarlarında qiymətlərin artması yaşanmağa başlayıb. Biz vaxt udmaq istəyirik ki, həmin istehsalçıların dövriyyələri tam bərpa olsun, fəaliyyətləri normal rejimə qayıtsın və bununla da qiymətlərin artırılması məsələsi bizdən yan keçsin. Lakin vəziyyəti axıra qədər belə saxlayıb-saxlaya bilməyəcəyimizi indidən deyə bilmərik. Hələ ki, qiymətləri qaldırmaq barədə düşünmürük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

"TikTok"un növbəti alıcısı - MrBeast

Slovakiya ilə ikiqat vergitutma aradan qaldırılmasının detalları

Daha bir ölkə “Bitcoin”ə yaşıl işıq yandırdı

"SPRİNG SAN TEX"ə cərimə protokolu

Pensiya alan partiya sədrləri - İsa Qəmbər, Sərdar Cəlaloğlu, Əli İnsanov...

Türkiyədəki “Azərbaycan” məhəlləsində ilk hazır mənzillər nümayiş etdirildi (FOTO)

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

“Access Bank”da son durum: əhali 35 milyon manatlıq depoziti bankdan geri çəkib

Bu kənddə tikinti-quraşdırma işlərinə 26,4 milyon manat xərclənəcək

Bakıda yağış, rayonlarda qar yağacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin