BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
40519

3 il öncə ilə kriptovalyuta ilə tanış olur, 2 il öncə avtomobilini satıb bu sahəyə yatırım edir. Çox qazandığı da olub, çox itirdiyi də. Deyir ki, bu istiqamətdə itkilər insan öz nəfsinə qalib gəlməyəndə olur. Nəfsinə qalib gəlməyi də öyrənib. Və hazırda aylıq gəliri məhz bu yatırımlarındandır. Söhbət Valyuta.az-ın müsahibi Rövşən Hüseynlidən gedir.

- Rövşən bəy, kriptovalyutadan öncəki təhsil və iş həyatınızdan danışaq. Bu sahə ilə məşğul olmazdan əvvəl nə edirdiniz?

- Mən Bakı Mühəndislik Universitetində ingilis dilində biznesin idarə edilməsi üzrə oxuyurdum, paraleldə isə bir neçə yerdə sosial media meneceri müdiri, satış meneceri və s. işləmişəm.

- İqtisadiyyata marağınız olduğu üçün bu istiqaməti seçmişdiniz?

- Marağım var idi, amma 3-cü kursdan sonra dərsə getməməyə başladım. Çünki çox kitab oxumağı sevirəm. Gördüm ki, mənim nazik bir kitabdan öyrəndiklərimi universitet mənə bir semesterə keçir. Gördüm ki, mən istədiklərimi daha əyləncəli şəkildə öyrənirəm, dərsə getməməyə və özüm kitab oxumağa başladım. Universitetlərdə keçilən ən çətin dərsləri belə kitablardan sadə yolla öyrənirdim. Bir neçə kəsirim yarandı, sadəcə pandemiya dövrünə düşdü deyə, istədiyin qədər kəsir götürə bilirdim. Universitetlə bağlı heç nə oxumadan, öz seçdiyim kitabları oxuya-oxuya bütün imtahanları verdim.

- Bəs kriptovalyuta sahəsi ilə tanışlığınız necə oldu?

- Sonuncu kursda oxuyanda bir müəllimdən eşitdim, mənə maraqlı gəldi, araşdırdım, o haqda oxudum. Təxminən bir il sonra artıq işin içinə düşdüm. 2 ildir ki gəlirim kriptovalyutalara etdiyim yatırımlardandır.

- Maraqlı gələn nə idi?

- Müəllimim əslində dünya iqtisadiyyatından, dünyada investisiya ilə bağlı fərqli və maraqlı seçimlərdən danışmışdı. Ümumilikdə investisiya maraqlı gəldi. Üstəlik, dinamik yatırımlar məni cəlb etdi. Kripto sektoru maraqlıdır. Sən bu sektoru analiz edirsən və baş verənlərə əsasən müəyyən gözləntilərin olur. Tutaq ki kripto ilə bağlı gündəmə bir xəbər gəldi. Sən artıq gözləyirsən ki, qiymətlər artacaq, yaxud azalacaq. Gözlədiyin baş verir, yaxud baş vermir və sən bunun özündən nəsə öyrənirsən. Dinamikdir və səni məntiqi tutmağa sövq edir.

Eyni zamanda, mən tələbə vaxtı işləmişdim və iş mühitində insanı əzmə hallarını da görürdüm. Ona görə qərara gəlmişdim ki, mən tək işləməliyəm, öz işim olmalıdır.

- Hansı məbləğdə yatırımla başladınız?

- Əslində, əlimdə ciddi məbləğ yox idi, amma çox maraqlı gəlmişdi deyə başlamaq istəyirdim. Avtomobilim var idi, onu satdım. Hardasa 22-23 min manatla başladım. Düzü, avtomobili almağa atam köməklik etmişdi. Yatırım üçün də ailədən pul almaq istəmədim. Dedim piyada qalsam da, satıb bu sektora girəcəm. Atam bu addımımı dəstəkləsə də, evdəkilər narahat oldu. Çünki Azərbaycan üçün çox da tanış deyil. Ona görə dedilər ki, riskdir, etmə və s.

- Atanız iqtisadiyyatla, investisiyalarla bağlılığı var?

- Yox, atam hərbçi - komandir olub. İndi isə kənd təsərrüfatı sahəsindədir. Çox kitab oxumağı sevən biridir.

- Başladınız, necə oldu?

- Təcrübəsizin başlanğıcda şansı yaxşı olur, başladım və böyük pullar qazandım. Təcrübəsizin şansı da çox gətirmir, bir müddət sonra heç də hər şey əla getmədi. Bu işin problemi də odur ki, ilk vaxtlar təcrübəsiz şansı ilə böyük pullar qazananda, adamda bir eqo yaranır. O, məndə də oldu. Eqolu olduğum üçün səhv qərarlar verməyə, nəfsimə uduzmağa başladım. Bu zaman isə qazandığım böyük məbləğlərin bir hissəsini itirdim. Bu isə kitab oxumadığım üçün oldu. Ondan sonra da hər şeyi kənara qoydum, 6 aya yaxın ancaq oxudum.

- Eqo hansı məbləğdən sonra gəldi?

- Elə gün olurdu ki, günə 1000 dollardan çox qazanırdım. Günə 5000 dollardan da çox qazananlar olur. Bu qazanc da adama eqo verir. Heç nə bilmirdim, sadəcə düyməni basırdım və qazanırdım. Şansım gətirirdi. Sonra isə qazandıqlarımın hamısını itirirdim. İndi deyirəm ki, mən onları necə edirdim? O risklər ağıl işi deyil (Gülür). Çox riskli qərarlar verirsən.

- 6 ay ərzində nə oxudunuz?

- 50-yə yaxın iqtisadiyyat, ticarət və yatırımla bağlı kitablar oxudum. Oxuyub yenidən kriptovalyuta işinə başladım. Bu zaman artıq hər şey fərqli göründü. “Bir qalanın sirri” filmində kəmərin Elşənin belində durmamasının səbəbi lazım olan kitabların hamısını oxumaması idi. Deyir ki, bu kitabı oxumamısan. Tam olaraq eyni vəziyyəti yaşadım. Kriptovalyuta işinə girmişdim, bütün pulumu ora yatırmışdım. Amma hiss etdim ki, məlumatsızam və bu mənə təsir edir.

- Kitablar sizə nə öyrətdi?

- Kitab oxumaq sadəcə maraq, hobbi deyil. Kitab sizin yaşamadığınız təcrübələri əvvəl yaşamış şəxslərdən öyrənmək üçündür. Nəfsini idarə etməyin yeganə yolu kitab oxumaqdır. İnsanların itirdiyi və qazandığı məbləğləri görməkdir. Oxuduqca görürdüm ki, insanlar qazancları gözlərində çox böyütmürlər. 20-30 faiz qazanca şükür edirlər. Onların təcrübəsini öyrəndikcə nəfsimi idarə etməyi öyrəndim. İnsanlar 1 qoyub 5 götürmək istəyirlər, amma bilməlisiniz ki, bu, o deyil. Ümumiləşdirsək, heç bir kitab sənə dəqiq düstur vermir. Amma iqtisadiyyat və ticarətlə bağlı təcrübələri oxuduqca insan özünə bir düstur çıxara bilir.

- Nəfsin idarə edə bilməyən insan böyük risklər edir?

- Ölçülməmiş qərarlar verir, riskləri o qədər də hesablamır. “Artıq qazanıram, mən bu işi bilirəm” kimi baxır.

- Bəs kriptovalyuta birjasında risklər necə idarə olunur?

- Riskin idarə edilməsi bu işdə önəmlidir. Başını yastığa rahat qoyub yata biləcəyin riski etməlisən. İnsanlar onu edə bilmirlər. Əlində 10 min manatla başlayırsansa, minimum 10 yerə bölməlisən. Hər birindən 1000 manatlıq alış etdikdə, bu zaman deyək ki, 5 seçimdə səhv oldu. Birindən qazansan, ən pis vəziyyətdə 10 min manatı geri qaytarmış olursan. 2-3 yerə yatırmaq riskdir. 20 yerə bölmək riski daha çox idarə etmək kimi görünə bilər, amma o da deyil. Pulu daha çox yerə böləndə, gəlir də çox az olur, bunun ardınca insan daha riskli qərar verə bilir. Yəni yenə riski idarə edə bilmir. Başlayır daha çox gəlir gətirən yerə risk edir. Ortanı tutmaq lazımdır. Az məbləğ görəndə də adama pis gəlir və böyük risklərə gedir.

- Yəni insanlar o riskləri edirlər?

- Gülünc gəlsə də, işlədikcə o tələyə çox adam düşür. Görür ki, bir kriptovalyutanın qiyməti davamlı artır, bütün pulunu ora yatırır, amma qəfil orda enmə olanda, itirir. Tez qazanmağa çalışırlar, itirməkdən qorxurlar. 1000 manatınız varsa, 10 yerə bölmək yaxşıdır. Mayanız itmir.

- Riskləri idarə edirsinizsə, deməli, başınızı yastığa rahat qoyub yatmısınız. Bəs səhər gününüz necə açılır?

- Yeni başladığım dönəmdə bütün gün telefon əlimdə idi, əsəb xəstəsi olmuşdum (gülür). Hər xırda oynama belə məni narahat edirdi. İndi heç yadıma düşmür, mesaj gələndə görürəm. O qədər rahat olacağın məbləğlə işə girməli, riski bölməlisən. Gündə 2 dəfə - hər dəfə maksimum bir saatımı alır.

- Təcrübə artdıqca narahatlıq da azalır...

- Təcrübə ilə öz planımı qurmağı öyrəndim. Oxuduqca, təcrübə qazandıqca riskləri görməyə başlayırsan. Necə ki zərgər görməsə də, əlində daşı tutanda hansı daş olduğunu bilir, bu da belədir. Qrafik olmadan da, artıq proseslərdən nə gözlənildiyini hiss edə bilirsən. 10-a yaxın siqnallarım var. Onları gördüyüm zaman satış və alışa başlayıram. Çünki bu siqnallar zamanı riskim 25 faiz, qazancım isə 100 faizə yaxın ola bilir. Bir qazancım bütün zərərimi aradan qaldıra bilir. 20-də bir risk edirəm. Bu siqnalları təcrübə ilə qazanmışam. İndi saniyələr içərisində rahat qərar verə bilirəm. Yenə də kifayətlənmirəm, davamlı kitab oxuyuram.

- Nə qədər məbləğ itirmisiniz?

- Dəqiq məbləğ deyə bilmərəm, amma çox itirmişəm. Onu deyə bilərəm ki, maşının pulu gedib (Gülür).

- Qazanc bir neçə maşın səviyyəsində ola bilər?

- Ola bilər (Gülür).

- İtki insana necə təsir edir?

- İtki çox pis təsir edir, adam depressiyaya düşür. O pulu necə qazanacam? Hardan pul alıb yenidən başlayacam? Belə olduqca daha çox səhv qərar verirsən. Bəzən kripto alır, bir az itki olan kimi başlayır nə varsa satır. Halbuki bir az sonra yüksək artım ola bilir. Analiz edə bilməyəndə, ardarda belə hal yaşananda, əldəki pullar gedir. Əgər itkiniz çoxdursa, dayanmalı və səhvləri yazmalısınız. Mən başlayandan indiyə qədər yazıram. Niyə qazandım, niyə itirdim? Hamısını bir-bir yazıram ki, ordan nəticə çıxarım, öz strategiyamı qurum. Yaşadığım təcrübələr öz siqnallarımı yaratmağa köməklik edib. Filan cür olanda ardınca filan şey olacaq, ondan sonra filan və s.

- Bir çox insan işləyir, kriptovalyutaya investisiya isə sadəcə paraleldə bir fəaliyyətdir. Siz burdan nə qədər qazanırsınız ki, işləməyə ehtiyac görmürsünüz?

- (Gülür) Mən sadəcə bu işlə məşğulam. Qazandığım pulla rahat yaşaya bilirəm. Ailəmi saxlayacaq qədər qazanıram və kənara da pul ata bilirəm. Hardasa işləyib qazana biləcəyim yüksək maaş qədər qazanıram.

- Deyirlər ki, bu tipli qazanc gətirən işlər insanı tənbəlləşdirə bilər.

- Razılaşmıram, insandan asılıdır. Mən qazandıqca daha çox qazanmaq istəyirəm, özümü bu sahədə inkişaf etdirməyə çalışıram. Özüm qazanıram və çalışıram insanlara da köməklik edim, onlar da qazansın. Ona görə onlara da kömək etməyə vaxt ayırıram. Bunun üçün kriptovalyuta ilə bağlı kitab yazıram. İnsanlar müəyyən siqnalları görüb bu işlə bağlı məlumat əldə edəcəklər. İnsanlara öyrətmək istəyirəm ki, bu, çox asandır, hər kəs məşğul ola bilər, amma əsas məsələ nəfsinizə hakim olmaqdır. Sosial şəbəkə səhifəsində də bu istiqamətdə maarifləndirmə aparıram. İstəmirəm ki, kimsə mənim keçirdiyim o stressi keçirsin. Ona görə təmənnasız kömək etməyə çalışıram. Öz saytım var, orda insanlara qazanc verməyə çalışıram, siqnal verirəm. İstəsələr mənə yatırım edirlər, qazanc verirəm. Bu sahədə şirkət qurma işlərinə də başlamışam. Kiçik gəlirlə kifayətlənmirəm. Tənbəllik etmirəm, hər gün istisnasız idmana gedirəm. Elə olur ki, gündə iki dəfə idmana gedirəm. Tənbəlləşməmişəm.

- Deyək ki, investisiyadan, kriptovalyutadan heç məlumatımız yoxdur. Necə başlayaq ki, çox itirməyək?

- İlk olaraq deyim ki, investisiyada risk olur, risk edə bilməyənlər bu işə başlamasalar yaxşıdır. Ancaq mən investisiya edilməsinin tərəfdarıyam. İnvestisiya tək kriptovalyuta deyil. Kriptovalyutanı mən seçmişəm, hər kəs özünə fərqli investisiya yönü seçə bilər. Çalışmaq lazımdır ki, ilkin dövrlərdə böyük məbləğlərlə addım atmasınlar. Aylıq gəlirin onda biri ilə başlasınlar. Hər ay, 50-100 dollar investisiya yatırsalar, zamanla qazanacaqlar. Deyək ki, sən bu ay 100 dollarlıq səhm alırsan. O səhm gələn ay 50 dollara düşəndə, biz 100 dollara 2 səhm almış oluruq. Bizim yenə 3 səhmimiz olur. Bizim ortalamamız aşağı düşmüş olur. Uzun müddətdə yaxşı qazanc əldə etmək olar.

Varren Baffet deyir ki, insanlar kiçik zamanın hökmünü gözlərində çox böyüdürlər, böyük zamanın hökmünü isə əksinə, balacalaşdırırlar. İnsanlar tez varlı olmağa çalışırlar, ona görə də həmişə itirirlər. Uzun zamanın hökmünü unutmamalıyıq. Uzun müddətə yatırım etsələr, varlı ola bilərlər.

Son olaraq deyim ki, investisiyaya başlamamış isə, iki kitabı – “Babilin ən varlı adamı” və “Varlı ata, kasıb ata”nı mütləq oxusunlar.

Aygün Asimqızı // VALYUTA.AZ

FOTOLAR: Rəşad Mehdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Ölkədə taksi sayının tənzimlənməsi real görünmür” – Ekspert

Ölkədə fərdi sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir?

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

Ortaq aylıq əməkhaqqı ilə bahalı restoranları necə ziyarət edə bilərik?

Ayda neçə dəfə işdən icazə almaq olar?

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Bitcoin və Etherium yenidən ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 7,3 milyard manatdan çox olub

ADY-nin qatarları ilə səfər edənlərin sayı 22 %-ə yaxın artıb

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək

Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb (SİYAHI)

Məşhur yerli kosmetika şirkəti kapitalını azaldır

Zaqataladakı dönərxananın sahibi danışdı, problemin səbəbini açıqladı (VİDEO)

Türkiyənin ən böyük ailə şirkətinin qurucusunun uğur hekayəsi

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Bağlanan şərab zavodu açılır?

Həcc ziyarərinə gedən bu şəxslər cərimələnəcək

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb

Türk lirəsi bahalaşdı - Məzənnə

Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşdı

Dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

Avtomobil ehtiyat hissələrinin bahalaşması fonunda usta qiymətləri ucuzlaşıb - Araşdırma - Video

Maradonanın “Qızıl top”u hərraca çıxarılıb

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin