BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
40038

Ailə kitabxanaları olub, uşaq vaxtlarından çox oxuyublar. Zamanla az ödəyərək çox oxuya biləcəkləri yer axtarırlar, amma tapa bilmirlər. Bu zaman onlarda kitab icarəsi ideyası yaranır və beləliklə, “Bookzone”u qururlar. Söhbət Seymur Tağıyev və Günel Tağıyeva bacı-qardaşlarından gedir. Seymur kitab evinin təsisçisi, Günel isə baş meneceridir.

7 ildir “Bookzone” kitab sektorunda bir çoxlarının doğma məkanına çevrilib. Bu gün tək kitab icarəsi və satışı deyil, yayım, nəşriyyat və s. kitabla bağlı müxtəlif istiqamətlərdə də fəaliyyətləri var. Seymur və Günellə 7 ildə keçdikləri yol haqqında söhbətləşdik.

- “Bookzone”u ilk olaraq kitab icarəsi ilə tanıdıq. O vaxta qədər elə bir yer var idimi, bilmirəm. Maraqlıdır, bu ideya necə yarandı?

Seymur: Biz davamlı kitab oxuyurduq, amma bəzən bütün kitabları tapa bilmirdik, bəzən bizə çox oxumaq üçün daha böyük məbləğdə pul lazım olurdu. Bu situasiyalarda ağlıma gəldi ki, az ödəyərək çox oxuya, axtardığımız kitabları tapa biləcəyimiz yer olsa, çox yaxşı olar. Həmin vaxt Bakıda elə bir yer yox idi. Düşündüm ki, mən elə bir yerə ehtiyac duyuramsa, deməli, başqa insanlar da bunu istəyir. Bir çox oxucularla söhbətləşdim, rəylərini aldım. Gördüm ki, bir çox insan bunu istəyir. Bu fikir zamanla beynimdə cücərdi.

“O kitabı axıra çatdırmamış artıq başladım”

- İdeya ağlına gəlsə də, başlamayanlar da olur. Başlamağınız necə oldu?

Seymur: İdeya davamlı beynimdə dolaşırdı, reallaşdırmaq fikrim var idi, ancaq hələ tam başlamamışdım. Bir dəfə Elşən Bədirxanovun “Uğura inan, öz biznesinə başla!” kitabını oxuyurdum. Kitabda bir yerdə oxudum ki, başla. O kitabı axıra çatdırmamış artıq başladım. 2016-cı ilin avqustunda başlamaq qərarı verdim və 4 ay ərzində bütün planlama oldu, kitablar seçildi, dekabrda başlanıldı.

- Bacı-qardaş bir yerdə başlamısınız. Niyə ikiniz bir yerdə başladınız?

Seymur: İşə başlamamışdan biznes sahəsində olan dostlarla məsləhətləşdim, onların fikrini aldım, amma başlamaq üçün Günellə bir yerdə edə biləcəyimizi düşündüm. Çünki əmin idim ki, Günel kitabı bilir və bu iş ona uyğun olacaq.

Günel: Biz gözümüzü açandan kitab mühiti görmüşük. Atamgilin doğma bir kitabxanası var idi. Uşaq vaxtımdan kitab içində olmuşam, davamlı oxumuşam. Məktəbdə də bilirdilər ki, yeni kitab gəlibsə, Günel onu mütləq oxuyacaq. Mən ofis meneceri olaraq işləyirdim, amma Seymur mənə bu təklifi edəndə, gözümdən ürəklər çıxdı ki, gözəl işdir, niyə də olmasın? Bu hobbimizin işə çevrilməsi mənim üçün gözəl təklif idi.

- “Bookzone”nu açmaq üçün nə qədər maliyyə lazım oldu? Nə qədər kitab aldınız?

Seymur: Bu ideyanı reallaşdırmağı düşünəndə, maliyyəsini heç fikirləşməmişdim. “Qanun” və “Ali-Nino” mağazalarından 5 min manatlıq 800-1000 kitab aldıq. Ümumilikdə başlamaq üçün 10 min manat xərcimiz çıxdı. Yeni olduğumuz üçün nəşriyyatlarla münasibətimiz indiki kimi deyildi, ona görə nisyə kitab da ala bilmirdik.

“Məkanımızı, məkanın aurasını sevdilər”

- İcarə ilə başladınız, ilkin reaksiya necə oldu?

Günel: Tam olaraq icarə ilə getmək istəyirdik, çünki ideyamız o idi. Açılış anından gördük ki, kitab almaq istəyənlər də var. Ona görə elə ilk günlərdən satışa da başladıq. İlkin təəssürat çox maraqlı oldu. Çünki məkanımızı, məkanın aurasını, dediklərinə görə enerjimizi sevdilər, kitab seçimlərimizi bəyəndilər.

Seymur: Biz ilk vaxtlardan məkanda tədbirlər də etməyə başladıq. Kiçik yer olsa da, musiqi ilə şeiri, ədəbiyyatı sintez etdik və uğurlu alındı. Nəriman Həsənzadə, Musa Yaqub, Mənsum İbrahimov və s. şəxsləri dəvət edirdik. İkinci ayımızda artıq 300 nəfərə yaxın abunəçi toplamışdıq.

- İş bölgüsünü öz aranızda necə etmişdiniz?

Seymur: Başladığımda mən neft sənayesində aparıcı mühəndis işləyirdim. Ona görə, səhərdən axşama qədər “Bookzone”da ola bilmirdim. İlk illərdə mən işdən çıxıb axşamlar gəlirdim, səhərdən axşama qədər Günel bütün işləri özü edirdi. Sosial mediada mesajların cavablanması, paylaşımlar, müştərilərlə ünsiyyət və s.

- Maraqlıdır, ailəniz bir yerdə iş qurmanıza necə reaksiya verdi?

Günel: Əslində, valideynlərimiz bir yerdə işə başladığımıza sevindilər, amma sonra görəndə ki, gecə-gündüzümüz yoxdur, onda dedilər bala, bu nədir? (Gülür)

Seymur: O mövzular hələ də ara-sıra ailədə danışılır (Gülür). Mən işdən çıxıb bura fokuslananda da ailədə narahat idilər, ay bala, sən neynirsən, aparıcı mühəndissən, maaşın, işin-gücün, hörmətin yerində və s. deyirdilər. Ətrafdakı 90 faiz insan bunu deyirdi. İş mühitində olanlar isə deyirdilər ki, başla, yaxşı olacaq.

“Həmin ərəfədə kuryer kimi də işlədim”

- Seymur bəy, nə zaman qərar verdiniz ki, artıq işdən ayrılıb “Bookzone”a fokuslanmalıyam?

Seymur: 2016-cı ildə başladıq, 3 il əsas yükü Günel götürdü, iş böyüyürdü və düşündüm ki, komanda formalaşmalı və inkişaf üçün çalışmalıyıq. 9-6 bir işdə çalışanda, istədiyim qədər zaman ayıra bilmirdim. Çünki əsas fokusum çalışdığım yer idi. 2019-cu ildə son qərarı verdim ki, tam olaraq bu işə fokuslanmalıyam.

- Və işdən ayrıldınız?

Seymur: Düşündüm ki, özümə yarım günlük iş tapıb elə çıxım. 2019-cu ilin sentyabr ayı idi, dostum Əli Qədirbəyli dedi ki, “Mentor Academy” açmaq istəyirik, o işi götürüb icraçısı ola bilərsən? İki gün sonra Əliyə yazdım ki, mən ərizəmi yazıb işdən çıxıram (Gülür). Dedi nə? Bir ay sonra o işə başladım, uğurlu da davam edirdik. Lakin elə oldu ki, 4 ay sonra pandemiya oldu və o iş də dayandı, “Bookzone” da pandemiya dövründə bir müddət işləyə bilmədi. Yəni keçid dövrüm belə oldu. Hər şey heç də asanlıqla baş vermirdi.

- Bu, bir risk idi və nəticəsi yaxşı olmadı?

Seymur: Risk edən adamam. Risk edib peşman olduğum olmayıb. Çətinlik hər zaman olur, sadəcə həmin dövrdən də çıxış yolu tapıb vəziyyətdən çıxmalı idik.

- Nə etdiniz?

Günel: Pandemiya başlananda “Bookzone” ticarət mərkəzlərindən birində yerləşirdi. Ticarət mərkəzləri bağlandı, orda işləyə bilmədik. Onlayn çatdırma ilə bağlı icazəmiz var idi, amma ticarət mərkəzi bağlı olduğu üçün əlimiz kitablarımıza çatmırdı. O zaman biz ticarət mərkəzindən çıxdıq və indiki yerimizə köçdük. Sonra yenidən davam etdik.

Seymur: Pandemiyada işləyə bilmədiyimiz dövrdə yaxşı planlama etdik. O fürsət dövründə bir az dincəldik (Gülür). Həmin ərəfədə kuryer kimi də işlədim. Ayaqda qalmaq üçün onlayn kitab çatdırması edirdik. İcazəni özümüzə almışdıq. İşçi götürmədik, çünki bilmirdik ki, necə olacaq. Bir az özümüzə gəldik, onlayn satışlara başladıq, sonra müharibə başladı və 3 ay biz qarışıq hamının fikri cəbhədə oldu və kitab satışı çox aşağı düşdü. 3 ay ciddi zərərlə işlədik. Satış sıfır səviyyəsinə düşmüşdü.

- Pandemiya dövründə bir az dincəldiyinizi dediniz. Əvvəlki 3 ildə dincəlməyə imkan olmurdu?

Seymur: Şənbə bazarımız yoxdur. Həyat yoldaşım da bir xeyli müddət bizimlə kömək etdi. Oğlum balaca idi, iş gördüyümüz zaman burda qalırdı. Çox zaman və enerji sərf etdik.

Günel: Son 7 ildə Seymurla məndə ciddi istirahət olmayıb. 7 ildə biz 5-10 gün istirahətə getməmişik. Uzağı 2-3 gün, onu da telefonda qala-qala.

“Biz su, civə kimi olmalıyıq”

- “Bookzone”nun ilk dönəmlərindən mən də oxucularındanam. Çox tez-tez yeniliklər görürdüm. Bu proses necə gedirdi?

Seymur: 40 yaşıma qədər qarşıma planlar qoymuşdum. İndi 39-dayam. Hər il bir iş görəcəyimi planlamışdım. Ona görə, “Bookzone”da da demək olar ki, hər il nələrsə edirik. Xırda detallarla bağlı isə dəyişiklik daha tez-tez olur. Kitab icarəsi ilə başladıq, satışı genişləndirdik. Sonra gördük ki, Türkiyədən kitab gətirilməsinə tələb var, onu da etdik. O vaxt hər kəs özü indiki kimi rahat gətirə bilmirdi. Korporativ kitab satışı edirik. 2 böyük nəşriyyatda var, qalanlarında yoxdur. “Book cafe” etdik. Bir dəfə saytımızı qurduq. Yayım işinə girdik, hazırda 30 mağazaya kitab veririk. Bu il 100-ü keçməliyik. Nəşriyyat sahəsində perspektivi gördük, uşaq kitabları nəşr edən “Kibu”, böyük kitablarının nəşrində isə “Dastan” nəşriyyatını qurduq. Nəşriyyat olaraq 20-dən artıq kitabımız çap olunub. Səsli kitab layihəmizi qurduq. Bu yaxınlarda onun da təqdimatını edəcəyik. Dəftərçəyə tələb olduğunu görüb onları təqdim etdik. Şirkətlərlə kitablarla bağlı layihələr etdik. ABB ilə bir yerdə kitab çıxardıq. “Rabitəbank”la “Kitab gəzər” layihəsi etdik, 39 məktəbdə kitabxana qurduq. Sırf kitab satmadıq. Mağaza açım, müştəri gəlsin, pul qazanım - yanaşması ilə kitab işində batarsan. Hər il “Bookzone”da yenilənmə edirik. Elə olmasa, ayaqda qala bilməz. Biz su, civə kimi olmalıyıq.

- Yayım işini dediniz. Kitab alaraq başladığınız mağazalara kitab satırsınız?

Seymur: Bəli, artıq kitab alaraq başladığımız “Ali və Nino”ya öz nəşriyyatımızın kitabını satırıq.

- Nəşriyyatlar Birliyinin qurucularındansınız. Bu istiqamətdə fəaliyyət sizə niyə maraqlı oldu?

Seymur: Zamanla kitab sektorunda olanlarla dost münasibəti yaratdıq. Həmin dövrdə kitabçıların, nəşriyyatçıların bir yerdə oturub çay içdiyi süfrə olmamışdı. Biz digər nəşriyyatlarla görüşdük, bu sahədə netvörkinq qurduq, dostlaşdıq. 2019-2020-ci illərdə nəşriyyatlar birliyi qurduq, onun qurucularından biri mənəm. Birliyin hazırda 30 üzvü var. Azərbaycanda 15 sərgi yarmarkası təşkil etmişik. Biz nəşriyyatlar birliyi ilə müxtəlif bölgələrdə sərgilər edirik. Bir rayonda sərgi üçün gedəndə, xeyirlə dönmürük, nəşriyyatlar o xərci aramızda bölürük. Məqsəd oxuyanların sayının artmasıdır. Biz regiona 5-6 il gedib gəlməli, maarifləndirmə, sərgilər və s. etməliyik ki, orada 1000 oxucu yetişəcək.

“Müştəriyə dürüstlük vermək lazımdır”

- Müştərilər niyə “Bookzone”a davamlı gəlirlər?

Günel: Kollektiv üçün də, müştəri üçün də səmimiyyət çox önəmlidir. Müştəriyə dürüstlük vermək lazımdır. 2016-cı ildən bəri müştərilərimiz var ki hələ də bizimlədirlər. Çünki səmimiyyət və dürüstlüyü görürlər. Burdan böyük mağazalar, dəbdəbəli yerlər var, amma bizi seçirlər.

Seymur: Bir neçə il öncə bir müştərimiz kitab sifariş edib, çatdırılma ilə bir yerdə qiyməti 28 manat idi. Əməkdaşımız müştəriyə yazıb ki, kitab gəlib, amma üz qabığında qatlama var. Müştəri də deyib ki, qatlama olmasa yaxşıdır. Dedim müştəri istəsə, 23 manata – maya dəyərində verin, çatdırılma pulu da almayın, narazı qalmasın, neçə gündür kitabı gözləyir. Həmin şəxs kitabı elə götürdü. Sonradan mən həmin şəxslə dostlaşanda, dedi ki, o qatlamanı həll etmək 10 qəpiyə həll olan məsələ idi, amma o addım məni “Bookzone”a bağladı.

Günel: Pul deyil, insan münasibəti qururuq. Satmaq işimizdir, satmalıyıq, amma biz səmimiyyət qurmalıyıq. Satmaq xatirinə satmasaq, bizdən alacaq. Müştərini dinləyib istəyini anlayıb ona uyğun kitab veririk. Qarşındakı fəlsəfədən danışırsa, ona eşq romanı məsləhət görə bilməzsən. Bu dəfə sata bilərsən, amma davamlı olaraq seçəcəyi yer olmayacaqsan. Bəzən bir gənc gəlir, istədiyi kitabı deyir. Görürəm ki, seçdiyi kitab onun yaş kateqoriyasına uyğun deyil. O kitabı almağı məsləhət görmürəm.

“Müştəri gəlməyəndə, biz müştəriyə gedirik”

- Biznes elədir ki, bəzən satış olmaya, hansısa çətin dönəm yarana bilir. Bu dönəmlərdə əhvalınızın düşdüyü olur?

Günel: Endirim lazımdırsa, o kampaniyaları edirik, müştərilərlə ünsiyyətdirsə, onu edirik. Satış getməyəndə narahatlıq keçirib təslim olmuruq. Bazarı araşdırmaq, bazara ayaq uydurmaq lazımdır. Daim nikbin olmaqda fayda var. Bir müddət müştəri olmasa, mənfiyə yönəlsən, daha da geri gedəcəksən.

Seymur: Müştəri gəlməyəndə, biz müştəriyə gedirik. Bunun üçün addımlar atırıq. Satmaq o demək deyil ki, hər zaman müştəri gəlməlidir, bəzən sən də getməlisən. Su olmalıyıq. Bu gün kitab satılmır, dəftə sataq, fərdi müştəri gəlmirsə, korporativə satmaq olar. Yerimizdə otursaq, heç nə olmur. 

- Tez-tez “Kitabda pul yoxdur” deyənləri eşidirik. Maraqlıdır, bu sahədə öz işini qurmağa dəyər?

Günel: 7 ildir bu sahədəyik, bu fikri tez-tez biz də eşidirik. Kitabdan da qazanmaq mümkündür, amma kitab bir az səbir işidir. Kitabdan pul qazanmaq digər sahələrlə eyni deyil.

Seymur: Mən işdən ayrılıb “Bookzone”a keçəndə, ətrafda çox adam dedi ki, sən nə edirsən? Kitabda nə pul var? Əldə yaxşı maliyyə varsa, kitab sektoruna girməyə, mağazalar şəbəkəsi açmağa dəyər. Biznes kiçik büdcə ilə çıxılacaq yol deyil. Yol çətindir, manevr edə bilmək qabiliyyəti olmasa, çətindir. Düzdür, biz aşağı büdcə ilə başladıq və çətin yoldan keçdik. Bəlkə də bəxtimiz gətirib çətinliklərə sinə gərə bilmişik. Bizə 10 nəfər alınmayacaq, çətin işdir deyəndə dayanmamışıq, amma adam ola bilər ki, 5 dəfə deyən olanda, dayanacaq. Ola bilər ki, başlayır, amma Günel kimi bir dayağı yoxdur. Yaxud sağlam komanda yığa bilməyib. Yolun necə olacağını bilmək olmur. Maliyyə olanda isə, yaxşı kadr cəlb etmək üstünlüyün olur.

Günel: Az büdcə ilə başlayanda ciddi çətinliklər olur. Biz başladığımız gündən hər ay onlayn kitab mağazası yaranırdı. Ofis xərcləri də yox idi. Onların heç biri belə qalmırdı. 4-5 ay dözə bilmirdilər.

“Günel olmasa, çox güman “Bookzone” da yox idi”

- Seymur bəy, Günel olmasaydı, sizcə, necə olardı?

Seymur: Biznesə başlayanda, tək olmaq yaxşı deyil. Günel olmasa, çox güman “Bookzone” da yox idi. Bəzən ciddi çətinliklər olanda, kənardan suallar gələndə, adam tükənə də bilər. İnkişaf etmək istəyən adamın çətinlikləri olur. İndi Gəncədə filial açırıq. Orda icarəyə ev götürüb qalıram, 3-4 ay hələ ordayam. Günel olmasa, mən bu qədər rahat gedə bilməzdim. Daha tez tükənə bilərdim, təslim olardım. 

Günel: Olur ki, işlər görürük, pulu işə yatırırıq. Aylarla özümüzə pul götürmürük. Yemirik içmirik, işə xərcləyirik. Bir yerdə bu işdə olmağımız bizi gücləndirdi.

Sonda müsahiblərimiz qeyd etdilər: “Çalışırıq ki, müştərilərin “Bookzone”a gəlmə səbəblərini daim qoruyub saxlayaq. Əgər bir nəfər çayımızın dadı üçün gəlirsə, biz o dadı saxlamalıyıq. Bütün işlərə yanaşmamız bu cürdür”.

Aygün Asimqızı

Fotolar: Rəşad Mehdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin