BAKU Azərbaycan
28.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
39661

İl ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası vəkil Elşad İsayevi “İlin vəkili” seçdi. Öyrəndik ki, E.İsayev 5 ildir vəkil olaraq çalışır. Maraqlıdır, 2023-cü ildə əsas uğurları nədən ibarət olub? Özü ilə əlaqə saxlayıb bu sahədəki fəaliyyəti ilə bağlı söhbətləşdik.

Beləliklə, Valyuta.az-ın müsahibi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayevdir.

Qeyd edək ki, E.İsayev 1986-cı ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 5 yaşı olanda, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçür. Sumqayıtda 16 nömrəli məktəbdə oxuyub. 2004-2009-cu illərdə hüquq üzrə bakalavr təhsili alıb.

- Elşad bəy, hüquq üzrə təhsil aldınız, bəs vəkillik seçimi necə oldu?

- Mən dekabrın 10-da - Ümumdünya insan hüquqları günündə anadan olmuşam. O vaxtdan deyirdim ki, insan hüquqları günündə dünyaya gəlmişəm, vəkil olacam. Bir də təbiətimdə müdafiəyə meyillilik var idi. Uşaq vaxtı mübahisədə də, dava-dalaşda da həmişə əzilənin, zəifin yanında olmağa çalışmışam. 5-6-cı siniflərdə “Mən nə olmaq istəyirəm?” mövzusunda sərbəst iş yazanda qeyd etmişdim ki, vəkil olacam. Hətta müəllimimiz mənə dedi ki, hamı prokuror, hakim, polis rəisi olmaq istəyir, sən niyə vəkilliyi seçirsən? Dedim ki, prokuror da, polis rəisi də, digər hüquq müdafiə orqanları da müəyyən qisim insanların cinayət məsuliyyətinə cəlb olunmasına maraqlı subyektlərdir, ancaq onların hüquqları müdafiəsiz qalır, ona görə vəkil olmaq istəyirəm.

- Bəs karyeranız bu sahədə necə başladı?

- 2011-ci ildən 2018-i ilə qədər Sumqayıt Şəhər Məhkəməsində məhkəmə iclas katibi, hakim köməkçisi, mülki və cinayət işləri üzrə məsul katib kimi vəzifələrdə çalışdım. 2018-ci ilin may ayından Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul olundum. O vaxt Vəkillər Kollegiyasına üzv olmaq daha çətin idi. İldə 10-20 nəfər üzv ola bilirdi, ya yox. Mən sənədlərimi 2016-cı ilin əvvəlləri vermişdim, 2 il kollegiyaya seçkilər olmadı. 2018-ci ildə mən seçildim.

- Vəkil olaraq götürdüyünüz ilk işlər yadınızdadır?

- İlk müqaviləni and içdiyim gün bağlamışam. 2018-ci il mayın 23-ü günün birinci yarısında andiçməm olub. Günün ikinci yarısında isə müqavilə bağladım. Sumqayıt Şəhər Məhkəməsində işlədiyim, o mühiti gördüyüm üçün vəkil işinə başlamaq mənə çətin olmadı. İlk işim Ali Məhkəmədə oldu, kassasiya şikayətinin təmin olunması idi. Sumqayıt  Apellyasiya Məhkəməsinin qərarından narazı qalan bir vətəndaş üçün həmin qərardan apellyasiya şikayəti yazdım, Ali Məhkəmədə vətəndaşın xeyrinə qərar çıxarılmasına nail oldum.

- İl ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinizə görə, “İlin vəkili” seçildiniz. Bu il nə qədər uğurlu işiniz olub?

- İbtidai istintaq zamanı cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxsin barəsində bəraətverici əsaslarla işin icraatına xitam verilməsi, məhkəmə istintaqı və məhkəmə yekun qərarında yüngül cəzanın alınması, əmrin daha ağır maddədən daha yüngül maddəyə tövsif olunması və s. bunlar vəkillik təsisatında cinayət işlərində uğurlar kimi qiymətləndirilir. Ancaq bunların ən uğurlusu, ən yüksəyi bəraət hökmünün çıxarılması hesab olunur. Ümumiyyətlə, tarixən belə olub. Bəraət hökmü cinayət işlərində ən yüksək uğur hesab olunur. 2018-ci ildən indiyə qədər məndə 13-14 bəraət hökmü var. Bu il isə məhz dövlət hesabına gördüyüm işlərdə bəraətlərimin sayı 4 olub. İl ərzində 1-2 bəraət hökmünün çıxarılması məhkəmələrin tarixində hadisə hesab olunur. Bu mənada 4 bəraət hökmünün olması rəyasət heyəti tərəfindən yüksək qiymətləndirilib.

- Bəs bu qədər bəraət hökmünə necə nail olursunuz?

- Bu gün ibtidai istintaqda – prokurorluqda, gömrükdə, polisdə cinayət işlərinin ibtidai istintaqında böyük problemlər var. İstər sübut, istər hüquqi yardım, istər də vəkillə təminat məsələsində boşluqlar var. Sadəcə o boşluqları görmək lazımdır.

- Dövlət hesabına təyin olunmuş vəkil kimi çalışmağınızdan danışaq. Bu vəkillərə inam bir az aşağıdır.

- Bəli, cəmiyyətdə belə fikir formalaşıb ki, dövlət hesabına təyin olunmuş vəkillər iş üçün o qədər də əzmkarlıq nümayiş etdirmirlər. Arqumentləri belədir ki, bir vəkil müqavilə bağlayıb müvəkkilindən ödəniş alırsa, bu zaman istəyir ki, aldığı ödənişin qarşılığında hansısa nəticə versin, dövlətin təyin etdiyi vəkil isə, onlar qədər can yandırmır. Dövlət hesabına vəkillə təminatda sifarişçi dövlətdir. Dövlət hesabına təyin olunmuş işlərdə də əlbəttə ki, yaxşı nəticə ortaya qoymaq mümkündür. Hesab edirəm ki, vicdanlı yanaşmaq bəs edir. Əgər bir vəkil müqavilə ilə götürdüyü işdə müvəkkilinə bəraət hökmü çıxarılmasına nail olursa, deməli, dövlət hesabına təyin olunmuş işlərdə də ürəklə yanaşsa, işi hərtərəfli obyektiv araşdırsa, vaxtını sərf etsə, nəticə olur. Əsas məsələ vaxt sərf etməkdir.

- Bəraət aldığınız işlərdə nə qədər vaxtınızı alıb?

- 2 ilə yaxın vaxtımı alan cinayət işi olub. Bəraət hökmünün alınması hadisə hesab olunur. Çünki hər bəraət hökmü alınan zaman – bəraət hökmü üzrə ibtidai istintaqı aparan müstəntiq, təhqiqtaçı, ibtidai istintaqın aparılmasına prosessual nəzarəti həyata keçirən prokuror doğru-düzgün istintaq aparmadıqları üçün məhkəmə tərəfindən cəzalandırılır. Ona görə il ərzində bəraətin çıxması hadisə hesab olunur. Bu hadisələr də çox qısa müddətdə əldə edilən nəticə olmur. Hər bir bəraətin də yetişmə mərhələsi var. Onlar zaman tələb edir. Məndə iş olub ki, ibtidai istintaqda bir şəxsin hüquqlarını müdafiə etmək mənə həvalə olundu və onun həbsdən azad edilməsinə nail oldum. Lakin buna baxmayaraq yenidən həmin şəxsi əsassız şəkildə həbs ediblər. Mənim xəbərim olmadan iş məhkəməyə gəlib. Məhkəmədə təqsirləndirilən şəxs yenidən mənim onu müdafiə etməyimlə bağlı məsələ qaldırıb. Məhkəmədə yenidən dövlət hesabına vəkil təyin olunmuşam. O işə 1 il 8 ay vaxt sərf etdim.

- Dövlətin təyin etdiyi vəkillər cinayətdə ittiham olunan şəxslərin müdafiəçisi olurlar. Bununla bağlı sizə ətrafın reaksiyası necə olur?

- Düşmən kimi baxırlar (gülür).

- Bu mövzuda heç narahat olursunuz?

- Heç bir narahatlığım yoxdur. Nəzərə almalıyıq ki, cinayətdə ittiham olunan heç o cinayəti törətməyə bilər, o adam müdafiəsiz qala bilməz. Onların da bir hüquqları var. Cinayət işlərində dövlətin təyin etdiyi vəkil olmaq o cəhətdən çətin olur ki, təzyiqlər, xahişlər, əngəllər olur. Bütün bunlara baxmayaraq, biz qanunu əsas götürürük.

- Cinayət törədənlərlə çox ünsiyyətdə olursunuz. Artıq onları seçə bilirsiniz?

- Günahsız olanları 90 faiz seçə bilirəm. Vəkil kimi yanaşanda isə, bizim büronun rəhbərinin bir sözü var. Deyir yaxşı vəkil işi götürəndə udur. Təbii ki işin perspektivini yoxlamaq lazımdır. Sənədlərə baxarkən ilk vaxtlarda perspektiv yoxdursa, bunu vətəndaşa bildirmək lazımdır. İşlə tanışlıq zamanı işin nəticəsini görmək əksər hallarda mümkün olur.

- Müstəqil vəkil kimi də çalışırsınız?

- Bəli, çalışıram. Mən qonorarı ödənilmiş, müqavilə əsasında görülmüş işlə dövlət sifarişi ilə görülən işlər arasında heç bir fərq qoymuram. Hesab edirəm ki, “İlin vəkili” seçilməyim də yəqin ki, onun mükafatıdır.

- Müstəqil vəkil kimi də istiqamətiniz cinayət işləridir?

- Müstəqil fəaliyyətimdə müxtəlif istiqamətdə işlər götürürəm.

- 5 ildən çoxdur vəkil olaraq çalışırsınız. 5-6 sinifdə təsəvvür etdiyiniz kimi sahədir?

- O vaxt hesab edirdim ki, vəkilin imkanları daha çoxdur, hər şey çox asandır, vəkil mantiyası “sehrli xalatdır”, nə istəsə dərhal olar və s. İşlədiyimdə isə gördüm ki, vəkillik mübarizədir, həyatda olduğu kimi.

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən ət alışında 18 milyon dollarlıq artım - Rəqəmlər

Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən xəbərdarlıq (VİDEO)

Bazar günü bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

"Qarabağın yenidən qurulması iqtisadi artıma müsbət təsir edəcək" -"Fitch"

İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub

Məşhur aktyorun evi milyonlarla borca görə satıldı - FOTOLAR

Məşhur aktyorun evi milyonlarla borca görə satıldı - FOTOLAR

“Yelo Bank”ın depozitləri azalıb - Şirkətlər 550 milyon manatı geri çəkib

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Bu ilin 6 ayında əhaliyə 4,4 mlrd. manata yaxın sosial ödənişlər edilib

Bu məhsulun xaricə satışından əldə olunan gəlir 35 milyon dollardan çox azalıb

Wall Street maliyyəçiləri seçkilərdə kimə səs verəcək?

Wall Street maliyyəçiləri seçkilərdə kimə səs verəcək?

“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib

Neftimiz yenə ucuzlaşdı

Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb

Noyabrda Bakıda toylar keçirilməyəcək? (VİDEO)

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin