“ChatGPT” insanlardan çox su içir
“ChatGPT” və oxşar iri dilli modellər cavab verdikləri hər 20-50 sual üçün təxminən yarım litr su sərf edirlər.
Valyuta.az xəbər verir ki, Kaliforniya Universitetindən olan bir qrup tədqiqatçı “ChatGPT” və buna bənzər böyük dil modellərinin cavab verdikləri hər 20-50 sual üçün təxminən yarım litr su sərf etdiyini təsbit edib. Dünyada “ChatGPT” və buna bənzər böyük dil modellərindən istifadə edənlərin sayının artdığını nəzərə alsaq, yarım litr suyun çata biləcəyi ümumi miqdarı və onun ətraf mühitə yarada biləcəyi təhlükələri təxmin etmək çətin deyil.
Təkcə ABŞ-dakı “Google” məlumat mərkəzlərinin 2021-ci ildə təxminən 12,7 milyard litr su istehlak etdiyi təxmin edilir. Bu məbləğ 6,9 milyon “BMW” markalı avtomobil və ya 5,7 milyon “Tesla” elektrik avtomobilinin istehsalı üçün lazım olan su miqdarına bərabərdir.
“ChatGPT” və oxşar böyük dil modellərini öyrədən məlumat mərkəzlərinin bu qədər çox su istehlak etməsinin əsas səbəbi serverlərdəki istilik problemidir. Böyük miqdarda elektrik enerjisinə ehtiyac və bu elektrik enerjisinin davamlı olaraq istilik əmələ gətirməsi məlumat mərkəzlərində yüz minlərlə serverin istiləşməsinə səbəb olur. Serverləri soyuq saxlamaq üçün istifadə edilən soyutma sistemləri su üzərində işləyir.
Tədqiqatçılar hesab edirlər ki, su problemlərinin artdığı bir vaxtda süni intellektin yaratdığı həddən artıq su istehlakının təhlükələri yenidən nəzərdən keçirilməlidir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay