BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
60390

"Qara cüma" ABŞ və Kanadada Şükran Günü (hasat və keçmiş ilin nemətləri üçün təşəkkür edilən milli bayram) sonrasında qeyd olunan gün olaraq tanınır. Lakin bu gün artıq yalnız Şimali Amerikada deyil, Azərbaycanda və digər bir çox ölkədə də ilin ən sıx alış-veriş günlərindən birinə çevrilib. Böyük milli şəbəkə mağazaları müştəriləri cəlb etmək üçün müxtəlif məhsullarda böyük endirimlər təqdim edir. Bu endirimlər xüsusilə onlayn satış platformalarında geniş yayılır.

Valyuta.az-ın məlumatına görə, vəzi şəxslər düşünür ki, "Qara cüma" ifadəsi şirkətlərin Şükran Günündən sonrakı günkü böyük satışlarla zərərdən çıxıb qazanca keçməsi ilə bağlıdır. Bu yanaşma səhvdir.

Bu ifadə 1960-cı illərin əvvəllərində ABŞ-ın Filadelfiya ştatında yaranıb. Şəhərin polis məmurları turistlərin bayram alış-verişinə başlamaq və bəzi illərdə şənbə günü keçirilən illik Ordu-Donanma futbol oyununa qatılmaq üçün Filadelfiyaya axışması səbəbindən yaranan xaosu təsvir etmək üçün "Qara cüma" ifadəsini işlədib. Kütlələr, sıx trafik, qəza, oğurluq və digər problemlərlə məşğul olmaq məcburiyyətində qalan polis işçiləri uzun iş saatları səbəbilə çətin vəziyyətə düşürmüş.

Bir neçə il ərzində bu ifadə Filadelfiyada geniş yayılıb. Şəhər ticarətçiləri bu günə "Böyük cümə" adını verərək daha müsbət bir imic yaratmağa çalışsalar da, "Qara cüma" ifadəsi geniş tanınmağa davam edib.

Pərakəndə satışlarda nəzərəçarpacaq artımı ifadə etmək üçün istifadə edilən "Qara cümə" ifadəsi biznesmenlərin qırmızıdan qaraya mənfəət diskursunu əks etdirir ("Qırmızı" mənfi qazancı olan biznesi təsvir etmək üçün istifadə olunur. "Qara" isə qazanclı maliyyə baxımından müəyyənləşdirdiklərə hədəfə çatan şirkətlər üçün təsvir edilir). Bu termin 1980-ci illərin sonlarına - yayılmağa başlayana qədər ölkə daxilində o qədər də böyük reaksiya tapmayıb. "Qara cümə" mağazaların il ərzində qazanc əldə etməyə başladığı və ən böyük satış dövriyyəsinin ABŞ-da əldə olunduğu gün olaraq təyin olunub. Əslində, əksər mağazalar ən böyük satışlarını Miladdan əvvəl şənbə günü keçirirdilər.

Son illərdə "Qara cümə" ifadəsini müştəriləri bölgədəki mağazalara getməyə təşviq edən "Kiçik Biznes Şənbəsi" və onlayn alış-verişi təşviq edən "Cyber ​​​​Monday" ertəsi kimi digər alış-veriş tətilləri izləyib. "Giving Tuesday" ifadəsi də xeyriyyəçiləri ianə verməyə təşviq etmək üçün ortaya çıxıb.

Tarixə nəzərə yetirsək, "Qara cümə" alış-verişlə heç bir əlaqəsi olmayan başqa bir məna daşıyır. 1869-cu ildə "Wall Street" maliyyəçiləri Cey Kould və Cim Fisk qiymətləri artırmaq üçün bacardıqları qədər qızıl alaraq, ölkənin qızıl bazarını Nyu-York Qızıl Birjasında küncə sıxışdırmağa çalışıb. Lakin cümə günü, sentyabrın 24-də ABŞ-ın o zamankı prezidenti Ulysses S. Qrantın müdaxiləsi ilə onların planları alt-üst olub və minlərlə amerikalı birjanın çökməsi ilə iflas həddinə çatıb. "Qara cümə" termini bir çox amerikalının yaşadığı bu maliyyə məyusluğunu təsvir etmək üçün istifadə edilib.

© Qayanrinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

Səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin