Warren Buffetdən 10 qızıl məsləhət
20-ci əsrin ən uğurlu investorlarından biri olan Berkshire Hathaway investisiya şirkətinin baş direktoru və ən böyük səhmdarı Warren Buffet investorlara 10 qızıl tövsiyə verib.
85 yaşlı Warren Buffet sərvətini necə yığdığına dair mühüm məlumatlar verən 'Buffetin 10 qızıl ipucu' CNBC tərəfindən yayımlanıb:
1. Qayda: Heç vaxt pul itirməyin.
2. Birinci qaydanı heç vaxt unutma.
3. Yaxşı bir şirkətin səhmlərini baha qiymətə almaqdansa, çox yaxşı bir şirkətin səhmlərini normal qiymətə almaq daha yaxşıdır.
4. İnvestisiyalarımız dəyişikliyin olmamasından qazanc əldə edir. Bir saqqız şirkətinə sərmayə qoyduğumuzda, bu şirkətin internetdəki inkişaflardan təsirlənməyəcəyini bilirik.
5. Səhmlər alanda elə mükəmməl şirkətlərdən almağa çalışıram ki, hətta bir axmaq belə onları idarə edə bilər. Çünki axırda o şirkəti axmaq adam ələ keçirəcək.
6. Birjada hər fürsətə baş vurmağa ehtiyac yoxdur. Vaxtınızın gəlməsini gözləyə bilərsiniz.
7. Qiymət ödədiyiniz şeydir, dəyər əvəzində aldığınız şeydir. Səhm və ya corab almağımın fərqi yoxdur, qiymət düşəndə keyfiyyətli məhsullar almağa çalışıram.
8. Həmişə yaxşı qiymətə satmağa çalışmayın. Qoy alış qiymətiniz o qədər aşağı olsun ki, hətta orta satış qiyməti də yaxşı qazanc gətirsin.
9. İnvestisiya etdiyiniz işi həqiqətən başa düşürsünüzsə, daha dar bir təhlükəsizlik marjasına ehtiyacınız var.
10. Bazar proqnozu verənlərin falçılardan heç bir fərqi yoxdur. Hesab edirəm ki, qısamüddətli bazar proqnozları zəhərlidir. Bu proqnozlar bazarda uşaq kimi davranan uşaqların və böyüklərin əli çatmayan yerdə saxlanılmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay