BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
38012

Planet alimləri Merkurinin şimal qütbünün yaxınlığında duzlu buzlaqlar aşkar ediblər. Bu kəşf onlara Günəşə ən yaxın planetdə həyatın mümkün olduğunu söyləməyə imkan verib.

Valyuta.az xəbər verir ki, asteroidlərin təsirindən əmələ gələn Merkurinin Raditladi və Eminesku kraterlərində tapılan bu buzlaqlar adətən Yerdə görünən buzlaqlara bənzəmir. Bunlar Merkurinin səthinin dərinliklərində uçucu birləşmələri tutan faktiki duz axınlarıdır.

Planet Elmləri İnstitutunun həmmüəllifi planetoloq Brayan Travisin fikrincə, bu duz axınları uçucu maddələri "bir milyard ildən çox müddətə" saxlaya bilər. Bu cür uçucu birləşmələr, geoloqların anlayışına görə, su, karbon qazı və azot ola bilər, - Live Science yazır.

Merkuridəki duz yataqları tipik aysberqlər və ya Arktika buzlaqları kimi olmasa da, Yer kürəsində oxşar duzlu mühitlər mövcuddur. Beləliklə, elm adamları belə bir mühitin necə fəaliyyət göstərdiyi və orada həyatın yarana biləcəyi barədə bir təsəvvürə sahibdirlər. Onların fikrincə, temperaturun -170°C ilə +350°C arasında dəyişdiyi planetdə həyatın mövcud ola biləcəyinə hələ də ümid var.

“Yer üzündəki xüsusi duz birləşmələri, hətta baş verdikləri ən sərt mühitlərdə belə həyat üçün uyğun yuvalar yaradır. Məsələn, Çilidəki quraq Atakama səhrasında. Bu düşüncə xətti bizi Merkuridə onun sərt səthindən daha qonaqpərvər ola biləcək yeraltı sahələrin mümkünlüyünü nəzərdən keçirməyə sövq edir”, - tədqiqatın aparıcı müəllifi, Planet Elmləri İnstitutunun planetoloqu Aleksis Rodriges bildirib.
Rodriguez qeyd edir ki, bu kəşf Plutonun azotlu buzlaqlara malik olduğunu göstərən digər son araşdırmaları tamamlayır. Onlar birlikdə sübut etdilər ki, buzlaşma bir çox yerdə müşahidə oluna bilər - Günəş sisteminin ən isti sərhədlərindən tutmuş ən soyuq sərhədlərinə qədər.

Planet alimləri hesab edirlər ki, uçucu maddələrin olması Merkurinin tarixinin əvvəlində isti atmosferə malik olduğuna dəlil ola, yaxud Merkuridə göllərin mövcudluğunu sübut etmək və ya gənc Merkurinin vulkanik dərinliklərində sıx duzlu buxarın olması haqqında danışmağa imkan verə bilər.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF-də yeni təyinat

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin