Donald Trampın oğlu sərmayə qoyduğu altkoinləri açıqladı
Donald Trampın oğlu Erik Tramp bildirib ki, onun "Bitcoin" (BTC), "Ethereum" (ETH), "Solana" (SOL) və "Sui" (SUI) adlı kriptovalyutaları var.
Valyuta.az-ın məlumatına görə, yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlamağa hazırlaşan Donald Tramp, kriptovalyutalara dəstək verən mövqeyi ilə diqqət çəkir. Tramp ailəsi, xüsusilə də, Erik Tramp kripto sənayesinə marağı və sərmayələri ilə seçilir.
Erik Trampın açıqlamaları
"Donald Trampın ikinci oğlu Erik Tramp "Benzinga" ilə müsahibəsində atasının kriptovalyutanı dəstəklədiyini və ABŞ-ı dünyanın kripto paytaxtı kimi görmək istədiyini bildirib: “Atam kriptovalyutanı ABŞ balansına inteqrasiya etmək və bəzi vergi güzəştləri tətbiq etmək niyyətindədir”.
Erik Tramp özü də kriptovalyutalara sərmayə qoyduğunu açıqlayaraq "Bitcoin" (BTC), "Ethereum" (ETH), "Solana" (SOL) və "Sui" (SUI) portfelində olduğunu bildirib. O, köhnə maliyyə sistemlərinin artıq kifayət qədər effektiv olmadığını və mərkəzləşdirilməmiş maliyyənin (DeFi) müasir dövr üçün zəruri olduğunu vurğulayıb.
SEC və Gary Gensler tənqidi
Erik Tramp "SEC-in (ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası) rəhbəri Gary Genslerin rəhbərliyi altında kripto sənayesinə qarşı açıq müharibə başlatdığını düşündüyünü deyib: “Atam, Donald Tramp bu zərəri kompensasiya etmək üçün çalışır".
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay