Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi
Məşhur “Bitcoin” tərəfdarı, "MicroStrategy" şirkətinin qurucusu Maykl Saylor “Bitcoin” (BTC) ilə bağlı mühüm açıqlamalar verib.
Valyuta.az-ın məlumatına görə, o, ABŞ-ın Orlando şəhərində keçirilən ICR Konfransının açılış nitqində çıxış edərək, şirkətləri “Bitcoin” almağa çağırıb. Dünyanın ən böyük korporativ “Bitcoin” sahibkarlarından biri olan Saylor istiqrazların "toksik" olduğunu qeyd edərək “Bitcoin”in şirkətlər üçün daha əlverişli bir sərmayə aləti olduğunu bildirib.
Saylor 2020-ci ildən bəri “Bitcoin” və istiqrazların göstəricilərini müqayisə edərək "MicroStrategy"nin “Bitcoin” alım strategiyasını qəbul etməsindən sonra BTC dəyərinin artdığını, istiqrazların isə dəyər itirdiyini qeyd edib.
O, şirkətlərin qarşısında duran iki əsas seçimi də açıqlayıb: “Ya ABŞ xəzinə istiqrazlarına sərmayə qoymaq, səhmləri geri almaq və dividend ödəmək kimi ənənəvi metodları davam etdirmək, ya da öz investisiya portfellərinə “Bitcoin” əlavə edərək yenilikçi addımlar atmaq”.
Bu açıqlamalar "MicroStrategy"nin ardıcıl 10 həftə “Bitcoin” alışı həyata keçirməsindən sonra səsləndirilib.
Maykl Saylor həmçinin "Microsoft" və "Nvidia" kimi şirkətləri "MicroStrategy"nin “Bitcoin” strategiyasını izləmədikləri üçün tənqid edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay