İtaliyanın ən böyük bankından kritik "Bitcoin" həmləsi
İtaliyanın ən böyük bankı "Intesa Sanpaolo" 11 "Bitcoin" (BTC) satın alaraq kriptovalyutaya birbaşa sərmayə qoyan ilk İtalyan bankı oldu.
Valyuta.az italyan media qurumu "Criptovaluta"nın məlumatına əsasən xəbər verir ki, ölkənin ən böyük bankçılıq qrupu "Intesa Sanpaolo" 1 milyon avro dəyərində 11 BTC əldə edib. Bu alış İtaliyanın maliyyə qurumu tərəfindən kriptovalyutaya edilən ilk birbaşa sərmayə kimi tarixə düşüb.
Lakin bu addımın bankın kriptovalyuta xidmətlərini genişləndirmək niyyətində olduğunu, yoxsa yalnız kriptovalyutalara dair kəşf məqsədli bir sərmayə olduğunu hələ dəqiqləşdirmək mümkün deyil.
Bundan əlavə, bankın 2024-cü ilin iyulunda İtaliyanın inkişaf bankı "Cassa Depositi e Prestiti" tərəfindən "Polygon" blokçeynində buraxılmış və ümumi dəyəri 25 milyon avro (25,6 milyon ABŞ dolları) olan ilk blokçeyn əsaslı rəqəmsal istiqrazlara da sərmayə qoyduğu bildirilib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay