Son bir ayda kriptovalyuta tərtibatçıları ən çox bu altkoinlərə diqqət yetirir
Məlumatlar göstərir ki, kriptovalyuta tərtibatçıları son 30 gün ərzində bəzi altkoinlərə daha çox diqqət yetiriblər.
Valyuta.az xəbər verir ki, analiz şirkəti "Santiment" ötən ay ərzində tərtibatçıların ən çox diqqət ayırdığı mərkəzsiz maliyyə (DeFi) altkoinlərinin siyahısını təqdim edib.
"Santiment" bu məlumatları açıq mənbəli kriptovalyuta layihələrinin "Github" səhifələrindəki kod əlavələrinə əsasən toplayıb.
Maraqlıdır ki, siyahının ilk üç mövqeyi dəyişməz qalarkən, digər yerlərdə əhəmiyyətli yeniliklər müşahidə olunur.
"Santiment" analitiklərinin hazırladığı siyahı və son 30 gün ərzində kriptovalyuta tərtibatçılarının ən çox diqqət ayırdığı altkoinlər aşağıda göstərilib:
Chainlink ("LINK") – 244
Synthetix ("SNX") – 189
DeepBook Protocol ("DEEP") – 154
Injective ("INJ") – 96
Radix ("XRD") – 57
Curve ("CRV") – 52
DefiChain ("DFI") – 51
Lido DAO Token ("LDO") – 49
dYdX ("DYDX") – 47
FOX Token ("FOX") – 45,8
Təhlillərə görə, ötən ay dördüncü yerdə olan "Radix" ("XRD") bir pillə geriləyərək yerini "Injective" ("INJ") altkoininə verib. Bundan əlavə, tanınmış altkoinlərdən biri olan "dYdX" ("DYDX") isə siyahıda bir neçə pillə aşağı düşüb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay