Kriptovalyuta
07.01.2025 / 14:43
Analitik XRP üçün altı həftə vaxt verdi - “Böyük yüksəliş qapıdadır”
62705
Təcrübəli analitik Peter Brandt XRP-nin bazar dəyərinin 500 milyard dolları keçə biləcəyini iddia edib.
Valyuta.az xəbər verir ki, uzun müddətdir bazarda olan və uğurlu təhlilləri ilə yaxından təqib edilən təcrübəli analitik Peter Brandt Ripple (XRP) üçün cəsarətli bir proqnoz verib. “X” hesabından paylaşım edən Brandt” XRP-nin bazar dəyərinin 500 milyard dolları keçə biləcəyini iddia edib.
Peter Brandt XRP-nin həftəlik qrafikində iki dəfə azaldılmış bayraq nümunəsinin olduğunu və bu model altı həftə ərzində tamamlanarsa, XRP-nin potensial partlayış yaşayacağını bildirib.
“CoinMarketCap” məlumatlarına görə, 2,4 dollara satılan və bazar dəyəri 140,3 milyard dollar olan XRP “Bitcoin” və “Ethereum”dan sonra üçüncü yerdədir.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay