Çin kriptovalyutalarla bağlı yeni məhdudiyyətlər tətbiq edib
2021-ci ildə "Bitcoin" ("BTC") və kriptovalyutalara qarşı sərt qadağalar tətbiq etməsi ilə diqqət çəkən Çin, bu sahədə yenidən hərəkətə keçib və yeni məhdudiyyətlər elan edib.
Valyuta.Az "South China Morning Post" xəbər agentliyinə istinadla xəbər verir ki, Çin hökuməti kriptovalyutalarla əlaqəli fəaliyyətləri daha sərt şəkildə tənzimləmək məqsədilə yeni qaydalar tətbiq edib.
Buna əsasən, valyuta əməliyyatlarını tənzimləyən Çin Dövlət Valyuta İdarəsi ("SAFE") banklara kriptovalyutalar da daxil olmaqla, bir sıra ciddi xəbərdarlıqlar ünvanlayıb.
Bu xəbərdarlıqlara görə, banklar "riskli valyuta ticarəti davranışlarını" izləməli və bu barədə hesabat verməlidirlər. Banklara verilən təlimatlara əsasən, şəxslərin və təşkilatların kimlikləri, vəsaitlərin mənbəyi və əməliyyatların tezliyi diqqətlə araşdırılmalı, yüksək riskli əməliyyatlar müəyyən olunmalıdır.
Mütəxəssislər hesab edirlər ki, yeni qaydalar sayəsində yeraltı bank əməliyyatlarının və kriptovalyutaları əhatə edən qanunsuz sərhədyanı ödənişlərin azalması mümkündür.
"ZhiHeng" hüquq firmasının vəkili Lyu Çjenyao (Liu Zhengyao) bildirib: “Yeni qaydalar kriptovalyuta ticarətini məhdudlaşdırmaq üçün əlavə hüquqi əsas yaradacaq.”
Çjenyao əlavə edib ki, bu addımlar Çinin kriptovalyutalara qarşı sərt mövqeyini təsdiq edir və hökumət bu aktivləri maliyyə sabitliyinə potensial təhdid kimi qiymətləndirir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay