Analitik altkoinlərin yüksəlişə keçəcəyi vaxtı AÇIQLADI
"Bitcoin" (BTC) keçən martda yeni rekord qırsa da, altkoinlər onun qədər yaxşı performans göstərmədi.
Valyuta.az-ın xəbərinə görə, altkoin investorları, heç vaxt gəlməyən altkoin mövsümünü gözləyir. Məşhur analitik Benjamin Cowen altkoinlərdəki düzəlişlərin bitəcəyini düşünür. O, altkoinlərdəki düzəlişlər tamamlanmadan altkoin bazarının daha bir eniş yaşayacağını proqnozlaşdırır. Cowen 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində "böyük final" olacağını bildirib.
Proqnozunu 2019-cu ilə əsaslandıran Cowen hazırkı vəziyyətin 2019-2020-ci illərə bənzədiyini qeyd edir. Analitikin fikrincə, altkoin bazarları indi 2019-cu ilin sonuna oxşar bir model göstərir. Belə ki, altkoinlər 2020-ci ildə bərpa olunmağa başladı və 2021-ci ildə yeni yüksək səviyyələrə çatdı. Bu senarinin 2025-ci ilin əvvəlində baş vermə ehtimalı var.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay