Bazarın iki böyük iştirakçısı çox sayda “Bitcoin” aldı
Kriptovalyuta bazarının nəhəng adları “BlackRock” və “Metaplanet” “Bitcoin” alışlarını sürətləndirib.
Valyuta.az-ın xəbərinə görə, aparıcı kriptovalyuta “Bitcoin” (BTC) dünən ABŞ-dan gələn CPI məlumatlarından sonra qısa müddət ərzində 58 900 dollara düşsə də, sonradan toparlanaraq yenidən 60 000 dolları keçib.
Enişlər həmişə böyük investorlar üçün alış fürsəti olaraq görülür. Bazarın nəhəng adları “BlackRock” və “Metaplanet” “Bitcoin” alışlarını sürətləndirib.
“Lookonchain”in yazısına görə, son iki həftədə “BlackRock” 742 milyon dollarlıq “Bitcoin” alaraq aktivlərini artırıb. Dünyanın ən böyük aktiv meneceri olan “BlackRock” son 16 gündə 12 min 272 bitkoin alıb. “BlackRock” hazırda 22,4 milyard dollar dəyərində 369 822 BTC-yə sahibdir.
Yapon nəhəngi Bitcoin alışlarını davam etdirir
Asiyanın “MicroStrategy”i kimi görünən nəhəng şirkəti “Metaplanet” də “Bitcoin” satın alır.
“Metaplanet” bir milyard yen dəyərində təxminən 108,99 BTC satın alıb. 11 oktyabr tarixinə “Metaplanet” 6,965 milyard yen dəyərində 748,50 BTC-yə sahibdir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay