Qlobal bazarlardakı hərəkətlənmədən sonra Bitcoin yüksəlməyə başlayıb
Qlobal bazarlar dünən ABŞ-da tənəzzüllə bağlı narahatlıqlar səbəbindən aktiv idi. Dünən Bitcoin 18 faiz dəyər itirərək 50 min dolların altına düşüb. Bu gün Bitcoin son 24 saat ərzində 10 faizdən çox artaraq 55 min dolları keçib.
Valyuta.az xəbər verir ki, “Coinmarketcap” analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 9,6 faiz artaraq 1 trilyon 980 milyard dollara çatıb.
Analitiklər dünən ABŞ-da açıqlanan məlumatlar və FED rəsmilərinin açıqlamalarından sonra bazarların bir qədər rahatlaşdığını bildiriblər. Saat 09:45-ə olan məlumata görə, son 24 saatda qiyməti 10,5 faiz artaraq 55 min 791 dollar səviyyəsinə çatıb.
Bazar dəyərinə görə ikinci sırada olan Ethereum, son 24 saatda 12,1 % dəyər qazanaraq 2 min 520 dollar səviyyəsinə yüksəlib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay