Kriptovalyuta
31.07.2024 / 16:21
AMB sədri: Azərbaycanda kriptovalyuta sahəsi tənzimlənməlidir
52792
Hal-hazırda Azərbaycanda kriptovalyutaların tənzimlənmə mexanizmi mövcud deyil. Mərkəzi Bank öz strategiyası çərçivəsində bu istiqamətdə araşdırmalar aparır.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Biz bilirik ki, hal-hazırda Azərbaycanda kriptovalyutalar alınır və satılır. Düşünürəm ki, bu sahədə tənzimlənmə olmalıdır və növbəti ildə biz bu istiqamətdə qərarımızı verəcəyik”, - deyə baş bankir qeyd edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay