BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
9401

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) 2021-ci ildə qlobal iqtisadi artım proqnozunu 4,7%-dək yaxşılaşdırıb.

Valyuta.az Report.az-a istinadla xəbər verir ki, bu barədə UNCTAD-nin hesabatında deyilir.

“Dünya iqtisadiyyatın bu il sentyabr ayındakı proqnozdan (4,3%) daha sürətli - 4,7% səviyyəsində artacağı gözlənilir. Bu məsələdə peyvəndin yayılmasında irəliləyiş əldə olunan və 1,9 trulyon ABŞ dolları dəyərində yeni büdcə stimulu olan ABŞ-da daha güclü bərpa prosesinin olması da müəyyən rol oynayır” – deyə UNCTAD-nin cümə axşamı dərc olunan hesabatında vurğulanır.

Ekspertlər bu ilin sonuna qlobal iqtisadi artımın COVID-19 pandemiyasından əvvəl mövcud olan tendensiyadan 5% aşağı olacağını proqnozlaşdırırlar. 

Eyni zamanda, mütəxəssislərin qiymətləndirməsinə görə, 2021-ci ilin sonunadək dünya iqtisadiyyatı koronavirus pandemiyasından əvvəl dünyada mövcud olan artım meyllərinin davam edəcəyi təqdirdə əldə edə biləcəyi 10 trilyon dollardan çox vəsaiti itirmiş olacaq.

UNCTAD-nin məlumatına görə, dünya iqtisadiyyatına dəyən zərər əsasən məhdud maliyyə sahəsi və beynəlxalq dəstəyi az olan inkişaf etməkdə olan ölkələrdə hiss olunur.

Hesabat müəllifləri dünyada davam edən çoxtərəfli əməkdaşlığın zəifliyinə və uğurlu inkişaf perspektivlərini pisləşdirən bərabərsizlik problemləri ilə məşğul olmaq istəklərinin olmamasına diqqət çəkirlər.

“Bu məsələdə dəyişiklik olmazsa, nataraz bərpa, yeni şoklara qarşı həssaslıq və təhlükəsizliyin olmaması bir çoxları üçün yeni normal hallara çevriləcək” - deyə UNCTAD bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin