İqtisadiyyat
12.03.2021 / 17:22
Naxçıvanda ümumi daxili məhsulun həcmi artıb - STATİSTİKA
8971
Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 369 mln.178 min manatdan bir qədər çox olub.
Valyuta.az Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə ÜDM-un həcmi 361 mln 858 min manata yaxın olub. Bu da onu göstərir ki, bir il ərzində 7 mln. 320 min manatdan çox və ya 2.02% faiz artım baş verib.
Statistik göstəricilərə görə, cari dövrdə MR-da Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 799,8 manat olub ki, bu da ötən dövrlə müqayisədə 13 manat və ya 1.65% artım deməkdir.
Rövşən Ziya
VAlyuta.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay