Beynəlxalq sərnişin aviadaşımaları bu ilin II rübündə bərpa olunacaq - IATA
Beynəlxalq sərnişin aviadaşımalarının bu ilin II rübündə bərpa olunacağı gözlənilir.
Valyuta.az "-ın"Interfax"a istinadən verdiyi məlumata görə, bu barədə Sinqapurun "The Straits Times" qəzetinə Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının (IATA) rəhbəri Aleksandr de Junyak deyib.
Onun sözlərinə görə, sərhədlər açıldıqdan sonra turizm səyahətlərində sıçrayış olacaq. Ticarət seqmenti daha asta sürətlə bərpa olunacaq, ilin sonunadək ümumi səyahət edənlərin sayı hələ də COVID-19 səviyyələrindən aşağı olacaq.
"Çox güman ki, bu ilin may və ya iyun aylarından sonra aviadaşımalarda dəyişikliklər görməyə başlayacağıq. IATA sərhədlərin açılması üçün protokollar və yol xəritələri hazırlamaq və planlaşdırmaq üçün ölkələrlə işləyir", - deyə A. de Junyak bildirib.
IATA-nın rəhbəri əsasən Assosiasiya tərəfindən hazırlanan və sərnişinin peyvənd tarixçəsi və koronavirus testinin nəticələri əks olunan "Travel Pass" mobil tətbiqini qeyd edib.
"Singapore Airlines" gələn həftədən etibarən Sinqapur-London marşrutu üzrə "Travel Pass"in sınağına başlayacağını açıqlayıb.
IATA-nın son məlumatlara görə, yanvar ayında dünyada sərnişin aviadaşımalarının həcmi 2019-cu ilin eyni ayına nisbətən 72%, beynəlxalq daşımalar 85,6% azalıb. Keçən il aviasiya sənayesində pandemiya səbəbindən görünməmiş bir vəziyyətin yarandığına görə Assosiasiya göstəriciləri 2019-cu illə müqayisə edir.
Xatırladaq ki, IATA dünya miqyasında səyahətlərin təxminən 82%-ni təşkil edən 290 aviaşirkəti təmsil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay