"Azərbaycanda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanlar var" - Pərviz Şahbazov
"Azərbaycanda günəş və külək enerjisi sahəsində keçiriləcək hərraclarda macar şirkətlərinin iştirakı üçün əlverişli imkanlar var".
Valyuta.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Nazir, iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu da diqqətə çatdırıb.
Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yeni reallıqların yarandığını deyən Macarıstan naziri Peter Siyarto, bu dövrdə ölkəsinin şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində iştirakda maraqlı olduğunu qeyd edib.
Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Macarıstan üçün böyük önəm daşıdığını qeyd edən nazir, layihənin Mərkəzi Avropaya genişlənməsinə marağını ifadə edib, bağlantı kəmərlərinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, baş tutan görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, o cümlədən Avropanın enerji təminatının şaxələndirilməsində, xüsusilə qaz təminatında Azərbaycanın mühüm rolu barədə fikir mübadiləsi aparılıb. Həmçinin, qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay