İqtisadiyyat
17.10.2024 / 15:57
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
57631
Dünya Bankı (DB) 2024-cü ildə Azərbaycanda iqtisadi artım üzrə proqnozunu yaxşılaşdırıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatında bildirilib.
Bank iyun proqnozu ilə müqayisədə Azərbaycanda real ÜDM-in artım proqnozunu 0,9 faiz bəndi artıraraq 3,2 % müəyyən edib. Dünya Bankı 2025-ci il üçün iqtisadi artım proqnozunu 0,3% artıraraq 2,7%-ə çatdırıb, 2026-cı il üzrə isə proqnozunu dəyişməyərək yenidən 2,4% müəyyənləşdirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay