İcbari sığorta bazarında 6 milyon manatlıq böyümə
2024-cü ilin I yarimilində toplanmış sığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 12 % (76 mln. manat) artaraq 725 mln. manata çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sığorta haqların 56 %-i həyat sığorta siniflərindən, 44%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşıb.
Məlumata görə, könüllü sığorta sinifləri 15% (70 mln. manat) artaraq 541 mln. manat, icbari sığorta sinifləri 3% (6 mln. manat) artaraq 184 mln. manat təşkil edib. Könüllü sığorta siniflərində artımı şərtləndirən əsas amil həyatın yaşam sığortası sinfi olub. Belə ki, könüllü sığorta üzrə artımın 93%-i (65 mln. manat) məhz bu sinif hesabına formalaşıb. Sektorda yığılan haqlar artsa da, artım məhdud sayda şirkət hesabına baş verib. Artımın 77 %-i 3 sığortaçı hesabına (56 %-i 1 sığortaçı olmaqla) formalaşıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay