Azərbaycan iqtisadiyyatı 4,3 % böyüyüb
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 59 milyard 520,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıb.
ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 840,7 manata bərabər olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay