İqtisadiyyat
03.04.2024 / 11:33
Bir tonunu xaricə 411 dollara satırdıq, indi 76 dollara düşüb
45535
Cari ilin yanvar-fevral aylarında Azərbaycanın neft koksu ixracının miqdarı 46 min 663 ton olub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 3 milyon 581 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə miqdar ifadəsi ilə 3 min ton çox (6.8%), dəyər ifadəsi ilə 14 milyon 388 min ABŞ dolları azdır.
Yanvar-fevral aylarında ixrac olunan neft koksunun orta qiyməti bir ton üçün 76 ABŞ dolları olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335 ABŞ dolları (81.5%) azdır. 2023-cü ilin ilk iki ayında bu rəqəm 411 ABŞ dolları idi.
Qeyd edək ki, ilk iki ayda ixrac olunan neft koksu ümumi ixracın 30.54 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay