İqtisadiyyat
12.01.2024 / 11:21
İnvestisiya təşviqi sənədinin alınması üçün tələblər yumşaldılıb
40300
İqtisadiyyat Nazirliyinin Kollegiyası “İnvestisiya təşviqi sənədinin alınması üçün ərizənin forması”nda dəyişiklik edib.
Valyuta.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, sahibkarlardan investisiya təşviqi sənədinin alınması üçün vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti tələb edilməyəcək.
Nazirliyin Hüquq Şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay