Mikayıl Cabbarov: Türkiyə ilə ticarət dövriyyəsi 11 ayda 7 mlrd. dolları ötüb
Türkiyə Azərbaycanın ikinci əsas ticarət tərəfdaşıdır və 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz 7,2 mlrd. ABŞ dollarını keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 33% çoxdur.
Valyuta.az xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə 1-ci yerdədir. Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişaf səviyyəsini əyani olaraq göstərir. Ölkəmiz 1995-ci ildən 2023-cü ilin 6 ayınadək qardaş Türkiyəyə 19,9 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Sevindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb”- nazir əlavə edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay