BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
37885

İstehlakçıya zəmanətlə bağlı kağız verilməyibsə, bu zaman məhsul iki il müddətində zəmanətli sayılır. Məhsulun zəmanət müddətində qüsur aşkarlanıbsa, istehlakçı onu satıcıya təhvil verməklə nöqsanların aradan qaldırılmasını, yaxud da razılaşma əsasında özünün həmin məhsulla bağlı çəkdiyi xərcləri, yeni məhsulla əvəzlənməsini və ödədiyi pulun geri qaytarılmasını tələb edə, məhkəməyə müraciət edə bilər.

Valyuta.az xəbər verir ki, bunu vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib.

O bildirib ki, qanunvericiliyə müvafiq olaraq hər bir qeyri-ərzaq məhsuluna zəmanət verilir: “Zəmanətin müddəti ilk olaraq tərəflərin iradəsinə buraxılır. Satıcı zəmanət üçün istədiyi müddəti müəyyənləşdirə bilər. Bu müqavilə müddəti 1 ay, 10 il də ola bilər”.

Zəmanət müddəti müəyyənləşdirilməyən, qüüur aşkarlanan məhsula görə alıcı malı aldıqdan iki il ərzində, yaxud da alqı-satqı müqaviləsi ilə nəzərdə tutulan daha uzun müddətdə satıcıya qarşı müəyyən tələblər irəli sürə bilər. Belə olan halda alıcı malı lazımi keyfiyyətli malla dəyişdirmək, satış qiymətini uyğun məbləğdə azaltmaqla bağlı iddia irəli sürə bilər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövləti Xidmətindən bildirilib.

Qeyd olunub ki, bundan başqa, alıcı malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini iddia olaraq irəli sürə bilər. Alıcı həmçinin malın, həmin mala uyğun digər model, marka və s ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini idda olaraq tələb edə bilər.

“Bundan başqa, istehlakçı müqavilənin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini də iddia olaraq irəli sürə bilər”, - deyə məlumatda qeyd olunub.

Daşınma vasitəsilə və ya poçtla göndərilən əşyalar üçün bu müddət əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır: “Əgər alıcı maldakı qüsurların satışadək yarandığını sübuta yetirərsə, bu halda əşyada mövcud qüsurlara görə satıcı cavabdehdir. Əgər istehlakçı malın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, lakin onun tələbləri təmin olunmazsa, bu halda təqsirli şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür”.

Qeyd edək ki, sözügedən halla bağlı istehlakçılar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (birbaşa ərizə, rəsmi internet səhifəsi (- //competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (- office@competition.gov.az) və 195-1 Çağrı Mərkəzi vasitəsilə) və/və ya məhkəməyə müraciət edə bilər.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçılar hüquqlarının pozulması barədə məhkəmədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad olunublar

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin