Dövlət büdcəsinə 31,4 mln. manat vergi borcu ödətdirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 452 cinayət işi başlanılıb.
Valyuta.az xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 119 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, bunlardan 68 cinayət işinin icraatına xitam verilib, 62 nəfər barəsində ittiham elan edilməklə 51 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış 68 cinayət işindən 29 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 16 mln. 417,7 min manat məbləğində vəsait ödənilib.
Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 4,6 mln. manat vəsait ödətdirilib. Cari ilin 9 ayı ərzində ümumilikdə 31 mln. 381,1 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.
Cari ilin 9 ayı ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 125 vergi ödəyicisində 252 vergi nəzarət tədbiri həyata keçirilib, 99 vergi ödəyicisində 210 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 650 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay