İqtisadiyyat
12.10.2023 / 09:02
“CPM-İnvest”ın birjadakı itkiləri 135 milyon manatı ötüb
34308
“CPM-İnvest İnvestisiya Şirkəti”nin 2023-cü ilin yanvar-sentyabr aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2500 əqd üzrə 3 mlrd. 310 mln. manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 4% və ya 135,2 milyon manat azalıb. Belə ki, 2022-ci ilin ilk doqquz ayında "CPM-İnvest”in dövriyyəsi 3 mlrd. 445 mln. manat təşkil edib.
Qeyd edək ki, İnvestisiya şirkətinin birja əməliyyatlarının 2 mlrd. 517,8 mln. manatı repo, 667,8 mln. manatı dövlət qiymətli kağızlarının, 109,5 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 13,76 mln. manatı korporativ istiqrazların və 1,5 mln. manatı isə səhmlərin payına düşüb.
Mahir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay