Azərbaycan işgüzar risklər reytinqində irəliləyib - SİYAHI
Özəl sektorunda ödənişlərin dayanması və müflisləşmə ehtimalını əks etdirən işgüzar risklər reytinqində Azərbaycan "C" (yüksək risk) mövqeyndən "B" (əhəmiyyətli risk) mövqeyinədək irəliləyib.
Valyuta.az bidirir ki, “Report” xəbər verir ki, bu barədə sığorta və ticarət risklərinin idarəolunması ilə məşğul olan “Coface” beynəlxalq şirkətinin hesabatında bildirilir.
Bütövlükdə ilin ikinci rübü ərzində 11 ölkənin irəlilədiyi reytinqdə hazırda inflasiyanın artmasına, daxili tələbatı azalda biləcək müvəqqəti tədbirlərə baxmayaraq bu ölkələrdə geriləmə qeyd olunmayıb.
Hesabata görə, Çində artımın davam etməsi nəticəsində ticarət şərtlərinin yüngülləşməsi xammal ixracatçısı ölkələrə sərf edir: “Odur ki, onların ticarət və maliyyə balansı artırılmalıdır. Təsadüfi deyil ki, Rusiya, Səudiyyə Ərəbistanı, Ekvador, Konqo Respublikası, Azərbaycan, Botsvana, Qvineya, Meksika da daxil olmaqla bir sıra xammal istehsalçısı ölkələr üçün ölkə riskinə dair dəyərləndirmə cari rübdə yenilənib. İnkişaf etməkdə olan ölkələrin xaricində isə Avstraliya və Kanada qismən ixrac etdikləri məhsulların bahalaşması ilə bağlı reytinqdə irəliləyib”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay