Çin Avstraliya ilə iqtisadi əlaqələrini DONDURDU
Çin höküməti son günlərdə hər iki ölkə arasında artan diplomatik uçurumun son mərhələsi olaraq, Avstraliya ilə əsas iqtisadi dialoqunu "qeyri-müəyyən müddətə" dayandırdı.
Valyuta.Az “BBC-news”ə istinadən bildirir ki, Çin tərəfi belə bir sərt qərarı verməsini bir neçə səbəblə əsaslandırıb.
Ən əsas səbəb kimi isə Avstraliya hökuməti rəsmilərinin hər vəchlə COVİD0-19 pandemiyasının yaranma səbəblərinin daha ciddi araşdırılması çağırışları və Çin şirkətləri tərəfindən tətbiq olunan 5G şəbəkəsinin ölkə ərazisində yaradılmasına qarşı çıxılması göstərilir.
Qərara reaksiya verən Avstraliya ticarət naziri Dan Tehan bundan məyus olduğunu desə də, danışıqlar yolu ilə problemin tez bir zamanda həll edilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bundan öncə də hər iki ölkə arasında qarşılıqlı iqtisadi sanksiyalar mübarizəsi olmuşdu. Belə ki, ötən il Çin Avstraliya mənşəli şərab və ət məhsullarına sanksiya tətbiq etmişdi.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay