Mayda Qazaxıstanda “Azərbaycan Ticarət Evi” açılacaq
Cari il mayın sonunadək Qazaxıstanda “Azərbaycan Ticarət Evi”nin rəsmi açılış mərasimi baş tutacaq.
Valyuta.az AzərTAC-a istinadən xəbər verir ki, bu barədə aprelin 29-da “Caspian Energy Club” tərəfindən təşkil olunmuş “Azərbaycan-Qazaxıstan onlayn B2B Forum”da çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib.
R.Məmmədov qeyd edib ki, gələcəkdə sözügedən ticarət evinin Qazaxıstanın müxtəlif bölgələrində filial şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
“Ticarət evinin açılmasında həm qazaxıstanlı istehlakçılar, həm də Azərbaycan istehsalçıları maraqlıdır. Biz öz tərəfimizdən bu əlaqələrin qurulmasına və Qazaxıstanda yaradılan müəssisə və təşkilatların fəaliyyətinə yardım göstərmişik və gələcəkdə də köməklik göstərəcəyik”, - deyə səfir qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay