Azərbaycanda fərdi sahibkarların sayı 1 milyonu ötüb - KOBİA
Hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99%-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Valyuta.az-a verilən məlumata görə, 2021-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin 92,1%-ni mikro, 5,3%-ni kiçik, 2,1%-ni isə orta sahibkarlıq subyektləri təşkil edir.
Həmin dövrdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı isə 1 milyonu ötüb.
KOB subyektləri əsasən ticarət, kənd təsərrüfatı, xidmət, tikinti, emal sənayesi, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərirlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarlarına uyğun olaraq, işçilərinin sayı 10-dək və illik gəliri 200 min manatadək olanlar mikro sahibkarlar, işçilərinin sayı 11-50 arasında və illik gəliri 200 min manatdan 3 milyon manatədək olanlar kiçik sahibkarlar, işçilərinin sayı 51-250 arasında və illik gəliri 3-30 milyon manat arasında olanlar isə orta sahibkarlar hesab edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay