İsrail Azərbaycan üçün üçüncü böyük ixracat yeri olaraq qalır – Mikayıl Cabbarov
“İsrail Azərbaycan üçün üçüncü böyük ixracat yeri olaraq qalır”.
Valyuta.az xəbər verir ki, bunu Bakıda "Israel Hayom” nəşrinə verdiyi müsahibədə nazir Mikayıl Cabbarov söyləyib.
Hökumətlərarası əlaqələrdən, ölkələr arasındakı iqtisadi münasibətlərə, ikitərəfli əməkdaşlığın daha da yaxşılaşdırılmasından və gücləndirilməsi imkanlarından, özünün İsrail dövlətinə olan münasibətindən bəhs edən nazir qeyd edib ki, tərəflər iki ölkə arasında 2019-cu ildə rekord səviyyədə - 1 milyard 4 milyon dollar təşkil edən ticarət dövriyyəsini daha da artırmaq niyyətindədirlər.
"İndiki rəqəmlər bizi qane etmir və iki ölkə arasındakı ticarətin genişlənəcəyinə və güclənəcəyinə ümid edirik . Qlobal iqtisadiyyata böyük təsir göstərən koronavirus böhranı ikitərəfli iqtisadi münasibətlərə də öz təsirini göstərib”, - deyə M.Cabbarov vurğulayıb.
Qeyd edək ki, məhsuldar şəkildə inkişaf edən Azərbaycan-İsrail münasibətləri iqtisadi sahədə də yaxşı əks olunub. Bu işi Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov aparır.
O, İsrailin Xarici İşlər naziri Gabi Aşkenazi ilə birgə Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasına rəhbərlik edir və həmsədrlərin növbəti həftə bir-biri ilə onlayn görüşü baş tutacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay