"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət
"Morgan Stanley"nin mənfəəti 2024-cü ilin IV rübündə sövdələşmələr və səhmlərin satışında müşahidə olunan artım hesabına iki dəfədən çox artıb və illik gəliri rekorda çatıb.
IV rübdə investisiya bankçılığı gəliri 25% artaraq, səhmlərin satışından əldə edilən rüsumların ötən illə müqayisədə iki dəfə yüksəlməsi nəticəsində güclənib.
31 dekabr tarixi ilə başa çatan üç ayda mənfəət 3.7 milyard dollar və ya hər səhm üçün 2.22 dollar təşkil edib. Bir il əvvəl bu göstərici 1.5 milyard dollar və ya hər səhm üçün 85 sent idi. Analitiklərin gözləntiləri orta hesabla hər səhm üçün 1.7 dollar idi.
Asiya və Amerika bölgələrində artan fəaliyyət sayəsində səhmlər üzrə ticarət gəliri 22% artaraq rekord həddə çatıb. "Morgan Stanley"nin investisiya bankçılığı gəliri rüblük göstəricilərdə 25% artaraq 1.64 milyard dollara çatıb. Bu nəticə "Goldman Sachs" və "JPMorgan Chase" kimi rəqiblərin göstəricilərini təkrarlayır.
"Morgan Stanley"nin səhmləri ticarət sessiyası başlamazdan əvvəl 2.1% artıb. Keçən il şirkətin səhmləri böyük kapitala malik banklar kateqoriyasında ən yaxşı göstəricilərdən birini nümayiş etdirərək, təxminən 50% yüksəlmişdi.
Şirkətin sərvət idarəçiliyindən əldə etdiyi gəlir 13% artaraq 7.5 milyard dollar olub. Bu artım əsasən aktivlərin idarə edilməsindən əldə olunan rekord gəlirlər sayəsində mümkün olub.
Bu bölmə, investisiya bankçılığı və ticarət sahələrindəki dəyişkənliyi tarazlaşdıraraq bank üçün sabit gəlir mənbəyi təmin edir.
Şirkət, idarə etdiyi müştəri aktivlərinin 10 trilyon dollara çatdırılmasını hədəfləyib və IV rübdə bu rəqəm 7.9 trilyon dollara yüksəlib. Şaron Yeşaya bildirib ki, yeni aktivlərin əksəriyyəti maliyyə məsləhətçiləri ilə olan əlaqələrdən gəlir.
Başqa bir sahədə isə "CFO", bu il həyata keçiriləcək yeni "IPO"ların "Morgan Stanley"nin işçi bölməsinə (şirkət işçiləri ilə münasibətləri idarə edən) yeni aktivlər cəlb edəcəyini gözləyir. IV rübdə gəlir 26% artaraq 16.2 milyard dollara çatıb və bu da 15 milyard dollar olan gözləntiləri üstələyib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay