"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı
"Microsoft" İdarə Heyəti sədrinin müavini və şirkətin prezidenti Bred Smit (Brad Smith), "Amerikan süni intellekti üçün qızıl fürsət" adlı bloq yazısında süni intellekti bu dövrün "elektrik enerjisi" adlandırıb.
Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, O, qarşıdakı 4 ilin Amerikanın növbəti 25 ildəki iqtisadi uğurunun təməlini təşkil edə biləcəyini bildirib.
Smit qeyd edib ki, süni intellekt iqtisadiyyatın hər sahəsində innovasiyanı təşviq etməyə və məhsuldarlığı artırmağa imkan yaradır. O əlavə edib ki, ABŞ, xüsusilə güclü cəhətlərini ikiqat artırdığı və beynəlxalq səviyyədə effektiv tərəfdaşlıqlar qurduğu halda, bu yeni texnologiya dalğasının ön sıralarında yer ala bilər.
Smit vurğulayıb ki, ABŞ xüsusi kapital yatırımları və Amerikan şirkətlərinin innovasiyaları ilə qlobal süni intellekt yarışında lider mövqeyini qoruyur. "Microsoft", 2025-ci il maliyyə ili ərzində süni intellekt modellərini hazırlamaq və qlobal miqyasda süni intellekt və bulud əsaslı tətbiqləri genişləndirmək məqsədilə süni intellekt dəstəklənən məlumat mərkəzləri qurmaq üçün təxminən 80 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Bu investisiyanın yarısından çoxunun ABŞ-da ediləcəyini bildirən Smit, bunun ölkəyə bağlılıqlarını və Amerikan iqtisadiyyatına olan etimadlarını əks etdirdiyini qeyd edib.
Smit əlavə edib ki, ABŞ-nin ən vacib ictimai siyasət prioriteti, özəl sektorun inkişafını dəstəkləmək və ağır tənzimləmələrlə onu ləngitməmək olmalıdır.
Eyni zamanda, o bildirib ki, süni intellekt komponentlərinin təhlükəsizliyini təmin edərkən, şirkətlərin böyüməsinə və müttəfiq ölkələrə etibarlı tədarük təmin etməsinə imkan yaradan praqmatik ixrac siyasətinə ehtiyac var.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay