ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?
ABŞ-də treyderlər ili bir neçə istirahət günü ilə başa vuracaqlar.
Valyuta.Az xəbər verir ki, ABŞ-ın "səhm" və "istiqraz" bazarları yaxınlaşan bayramlar – Milad (25 dekabr) və Yeni il günləri üçün müvəqqəti bağlanacaq.
Milad ərəfəsində ticarət erkən başa çatacaq. Bazar ertəsi adi ticarət seansı ilə davam etdikdən sonra, dekabrın 24-ü çərşənbə axşamı günü səhm və istiqraz bazarları saat 14:00-da bağlanacaq. Milad günü hər iki bazar bağlı olacaq və dekabrın 26-sı, cümə axşamı günü adi iş rejiminə qayıdacaq.
Yeni il ərəfəsində isə istiqraz bazarı dekabrın 31-də, çərşənbə axşamı günü saat 14:00-da bağlanacaq. Yeni il günü həm səhm, həm də istiqraz bazarları fəaliyyət göstərməyəcək. Yanvarın 2-si, cümə axşamı adi ticarət saatları bərpa olunacaq.
Bundan əlavə, 2025-ci ilin əvvəlində səhm və istiqraz bazarları yanvarın 20-də, bazar ertəsi Martin Lüter Kinq Günü, və fevralın 17-də, Prezidentlər Günü münasibətilə müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay