Bakıda 1 sotu 300 min manata torpaq satılır (VİDEO)
Həyətyanı torpaq sahələri ötən illərə nisbətən xeyli bahalaşıb.
Bakının müxtəlif ərazilərində torpaq sahələrinin qiymətini araşdırdıq.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi üçün əlverişli olan torpaq sahələri azaldığından bu sahədə bahalaşma müşahidə olunur.
Ekspertin sözlərinə görə, mərkəzdən kənar ərazilərdə çıxarışı olmayan və ya digər təyinatlı torpaqların 1 sotu 2000-2500 manatdır. Mərkəzə yaxın ərazilərdə çıxarışlı torpaqların dəyəri isə bir neçə evin qiymətinə bərabərdir. Hətta 1 sotu 300 min manata torpaq sahələri mövcuddur.
Elnur Fərzəliyev qeyd etdi ki, hər il aprel-avqust aylarında torpaq sahələrinə daha çox tələbat olur. Məhz bu aralıqda qiymətlər artmağa başlayır. Sentyabrdan başlayaraq növbəti ilin aprel ayınadək qiymətlərdə bir qədər enmə müşahidə olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay