"Təklif edirəm ki, MİDA evlərin satışını ənənəvi qayda ilə həyata keçirsin"
Təklif edirəm ki, Mənzil İnşaatı Dövlət Agentliyi evlərin satışını ənənəvi qayda ilə həyata keçirsin.
Bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib. Ekspert bildirib ki, əvvəllər ənənəvi lotereya oyunları keçirilirdi və bu proses daha təminatlı idi:
“Təklif edirəm ki, evlərin satışı prosesinə belə üsulların biri tətbiq edilsin. Bu daha ədalətli olar. Müraciət edən şəxs kənd yerində yaşaya, interneti zəif ola bilər. Bunları nəzərə alıb evləri ənənəvi üsullarla satmaq lazımdır”.
Ekspert hesab edir ki, bu mənzillərin satılması üçün sadə bir yol var:
“Artıq həmin mənzillərə əhali köçüb yaşayır. MİDA yaşayış kompleklərinə gedib orada yaşayan sakinlər arasında sorğu keçirməlidir. Bu prosesdən keçən şəxslərin fikirləri, təklifləri də daha məqsədəuyğun olar”.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzil satışı ilə bağlı növbəti elan verib. Belə ki, dekabrın 16-sı saat 11:00-da Bakının Hövsan qəsəbəsində, eləcə də, Sumqayıt və Gəncə şəhərlərində 432 mənzil onlayn satışa çıxarılacaq.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay