BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
37338

"Tikinti şirkətləri ev satarkən mənzilin ölçülərini çöldən çölə götürürlər. Evin ara divarlarının hər birini ümumi kvadratın üstünə hesablayırlar. Amma həmin mənzilə çıxarış veriləndə yalnız yuxarı üst hissələr qeyd olunur. Bu da ümumi mənzildə təxminən 10-15 faiz fərq edir".

Bu sözləri Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bəzi yeni tikilmiş binalarda MTK-ların ilk satdığı kvadratla çıxarışda qeyd olunan kvadrat fərqinin səbəbləri və bunun yaratdığı problemlər haqqında danışarkən deyib. 

Elnur Fərzəliyev deyib ki, vətəndaş həmin mənzili nə vaxtsa satmaq istəsə, artıq aldığı kvadratla deyil, daha kiçik kvadrat kimi satır və burda itirir. Lakin hündürmərtəbəli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarına uyğun olaraq aparılmalıdır:

“Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqlar (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir.

Qaydaların 3.2-ci bəndinə əsasən, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.

Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.

Qaydaların 3.8-ci bəndinə əsasən, balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilməlidir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirim ki, balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan - binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir.

Beləliklə balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edim ki, balkonun sahəsi 10 m² olduqda, 0,3 azaltma əmsalı tətbiq edərək ona görə 3 m² sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Həmin maddəyə görə, MTK-da mənzil satılarkən onun iç və çöl divarları, havalandırma xətləri nəzərə alınaraq satış sahəsinə salınmamalıdır. Lakin bu hissələr satış sahəsinə salınır və vətəndaş çıxarış alanada aldığı sahə göstərilə bilmir və mənzili daha ucuz satır”. 

Əmlak eksperti deyib ki, mənzillərin satışı şirkətlərdən alınmalıdır:

"Hazırda tikinti şirkətləri tikir, mənzilləri satır, özləri də müqavilə tərtib edir. Bu müqavilələri özləri tərtib etdiyinə görə ümumi sahələri öz istəklərinə uyğun yazırlar. Bununla bağlı dəfələrlə təklif etmişik ki, tikinti şirkətlərinə müəyyən güzəştlər olsun, amma satış məsələləri şirkətlərdən alınsın. Bu mənzillərin satış mexanizmi hansısa bir dövlət qurumu tərəfindən aparılmalıdır. Bunun da müxtəlif səbəbləri var. 
Belə olan halda bir mənzilin bir neçə nəfərə satılmasının, mənzilin ölçüləri ilə bağlı problemlərin və gələcəkdə baş verə biləcək digər problemlərin qarşısı alınar. Vətəndaşların tikinti şirkətlərinə olan etibarının artırılması üçün alqı-satqılar MTK-lar tərəfindən deyil, hansısa bir səlahiyyətli dövlət qurumu tərəfindən aparılsın".

“Həmin mənzillərin çöl divarları satış sahəsinin içinə salınmasa, vətəndaşlar itkiyə mərzu qlamasa, mənzillər qanuni formada satılsa, bu da 10-15 faiz qiymətə artımına gətirib çıxaracaq”, deyə ekspert əlavə edib.

“Bəs belə halla qarşılaşan vətəndaş nə etməlidir” sualına cavab olaraq ekspert bildirib ki, bu halda vətəndaş məhkəməyə müraciət edib, həmin itkini geri ala bilər:

“Təcrübədə bununla bağlı məhkəmə işləri də var. Ancaq burda müqaviləyə baxmaq lazımdır, əgər sadaladıqlarımız müqavilədə qeyd olunmayıbsa, vətəndaş MTK-dan heç nə ala bilməz".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin